Mağazadan terminal oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Mağazadan terminal oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Gəncə şəhərində terminal oğurlamaqda şübhəli bilinən şəxs tutulub.
 Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikiləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisindəki mağazalardan birindən “E-manat” ödəmə terminalını oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı E. Rəsulov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

COMMENTS