Mahir Emreli Superliqada debüt etdi – Yenilənib-2

Mahir Emreli Superliqada debüt etdi – Yenilənib-2

Millimizin üzvü Mahir Emrelinin yeni komandası “Konyaspor” bu gün Türkiyə Superliqasında növbəti oyununu keçirir.

Qol.az xəbər verir ki, Konya təmsilçisi 24-cü turda “Giresunspor”u qəbul edir. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayıb.

Mahir də bu oyunda iştirak edib. O, əsas heyətdə meydana çıxıb və 56-cı dəqiqədə Robert Muriçlə əvəzlənib. Bu, Mahirin “Konyaspor”da və ümumiyyətlə Superliqada rəsmi debüt oyunu olub.

Hazırda görüşdə ikinci hissə oynanılır və hesab 0:0-dır.

“Konyaspor” 22 oyundan sonra 27 xalla 10-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, müqavilə ilə Zaqreb “Dinamo”suna məxsus olan Mahir Emreli bu qış icarə əsasında “Konyaspor”a keçib.

COMMENTS