Mahir Emrelidən sevindirici xəbər

Mahir Emrelidən sevindirici xəbər

Zaqreb “Dinamo”sunda çıxış edən millimizin üzvü Mahir Emreli yaşıl meydanlara qayıtmağa hazırlaşır.

Qol.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu Xorvatiya çempionatının 2-ci turunda keçiriləcək “Slaven Belupo” ilə matçda oynaya biləcək.

Xatırladaq ki, M.Emreli zədə səbəbindən Xorvatiya Superkubokunu, Xorvatiya çempionatının ilk oyununu və Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk görüşünü buraxıb.

Qeyd edək ki, iyulun 23-ü keçiriləcək “Sloven Belupo” – “Dinamo” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

COMMENTS