Mahir Emrelinin oyununda ölüm hadisəsi

Mahir Emrelinin oyununda ölüm hadisəsi

Avropa Liqasının pley-off mərhələsində ötən gecə baş tutan və Azərbaycan millisinin üzvü Mahir Emrelinin də iştirakçısı olduğu “Dinamo Zaqreb” – “Sevilya” (1:0) matçında azarkeş dünyasını dəyişib. 

Fanat.Az xəbər verir ki, “Maksimir” stadionunda yerli azarkeşlərdən biri özünü pis hiss etdiyindən xəstəxanaya aparılıb.

Klubdan verilən açıqlamada səhhətində problem yaranan fanatın huşunu itirdiyi, yaxınlıqdakı tibb bacısı və polis əməkdaşlarının çevik müdaxiləsi ilə ilkin tibbi yardım göstərildiyi vurğulanıbb. Daha sonra həkimlər briqadası ona müdaxilə edib. Buna baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib. Mərhuma infarkt diaqnozu qoyulub.

DOSYE.ORG

COMMENTS