Mahir oynadı, “Dinamo” qalib gəldi

Mahir oynadı, “Dinamo” qalib gəldi

Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su bu gün Xorvatiya çempionatında 30-cu tur oyununu keçirib.

Qol.az xəbər verir ki, Jelko Kopiçin baş məşqçisi olduğu komanda evdə autsayder “Draqovolyaç”la qarşılaşıb. Oyun “Dİnamo”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Mahir matçın 70-ci dəqiqəsində Bruno Petkoviçin əvəzinə meydana daxil olub.

“Dinamo” (Zaqreb) – “Draqovolyaç” – 2:0

Qollar: Andriç, 46, Smolçiç, 81-avtoqol

Bu qələbə ilə xallarını 60-a çatdıran “Dinamo” 1-ci, “Draqovolyaç”  14 xalla sonuncu-10-cudur.

COMMENTS