Mahir oynadı, komandası qalib gəldi

Mahir oynadı, komandası qalib gəldi

Millimizin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu “Legiya” bu gün Polşa kubokunda 1/16 final oyununa çıxıb. 

Qol.az xəbər verir ki, Varşava təmsilçisi səfərdə “Şvit Sklovin”lə qarşılaşıb. Görüş “Legiya”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə klub növbəti mərhələyə adlayıb.

Mahir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90+1-ci dəqiqədə əvəzlənib.

“Şvit Sklovin” – “Legiya” – 0:1

Qol: Rous, 35

COMMENTS