Mahir Xorvatiya çempionatında debüt edir – Yenilənir

Mahir Xorvatiya çempionatında debüt edir – Yenilənir

Xorvatiya çempionatında 26-ci turun oyunları davam edir. 

Qol.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su “Şibenik”i sınağa çəkir. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayır.

Millimizin üzvü sözügedən görüş üçün start heyətdə yer alıb. Beləliklə, o, Xorvatiya Liqasında debüt edəcək.

“Dinamo”ya bir müddət öncə keçən Emreli hələ Xorvatiya çempionatında debüt etməmişdi. Əvəzində o, Avropa Liqası çərçivəsində keçiriln İspaniya “Sevilya”sı ilə səfər (1:3) və ev (1:0) oyununda iştirak hüququ qazanıb.

Qeyd edək ki, “Dinamo” hazırda 50 xalla 10 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

18:00. “Dinamo” (Zaqreb) – “Şibenik”

DOSYE.ORG

COMMENTS