Türkiyəli aktyor-rejissor Mahsun Kırmızıgül sabah Bakının qonağı olacaq.
Axşam.az-ın məlumatına görə, ifaçı baş rolda çəkildiyi və rejissorluğunu etdiyi “Möcüzə” filmini azərbaycanlı tamaşaçılarla birlikdə izləyəcək. “28 Cinema”da baş tutacaq görüşdə M.Kırmızıgüllə yanaşı, aktyor Əli Sürməli də yer alacaq. Onlar sevənləri ilə şəkil çəkdirib imzalar verəcəklər.
Qeyd edək ki, Ə.Sürməli “Kurtlar Vadisi Pusu” filmindəki Zaza dayı obrazı ilə tanınır.
COMMENTS