Makron etirazçıları quldura bənzətdi – “Sarı qəzəb”

Makron etirazçıları quldura bənzətdi – “Sarı qəzəb”

Fransada yanacağın qiymətlərinin artırılmasına etiraz olaraq iki həftədir davam edən aksiyanın seçilmiş nümaəyndələri bu gün hökumət nümayəndələrilə görüşüblər.

Dosye.org  xəbər verir ki, “sarı jiletlilər”in nümayəndələri Drouet və Priscillia Ludosky ekologiya naziri François de Rugy ilə görüşdə etirazçıların tələblərini səsləndiriblər.

Görüşdən sonra açıqlama verən Drouet hökumətin tələbləri nəzərə almayacağını bildirib və insanları Kamps-Yelisey küçəsində keçirilməsi planlaşdırılan aksiyaya qoşulmağa çağırıb.

Xatırladaq ki, bu günə qədər keçirilən aksiyalarda on minlərlə insan iştirak edib. Keçən həftənin şənbə günündə isə Parisin mərkəzində 100 min şəxsin iştirakı ilə mitinq keçirilib.

Həmin gün polislə nümayişçilər arasında toqquşma zamanı 141 polis, 780 nəfər mülki şəxs yaralanıb. 794 nəfər saxlanılıb.

Fransa prezidenti Emmanuel Makron yanacaq və qaz qiymətlərinin əsas olaraq Rusiya, İran və Səudiyyə Ərəbistanı tərəfindən müəyyən edildiyi, əsl reallığın da elə bundan ibarət olduğunu söyləyib.

“Vətəndaşlaırn istəklərini quldurlarınkı ilə qarışdırmaq istəməzdim. İğtişaş və zorakılıq istəyənlər qarşısında geri çəkilməyəcəyəm. Respublika həm də ictimai qayda-qanunun qorunmasını tələb edir”,-deyə Fransa prezidenti bildirib.

Yanacağa gətirilən əlavə vergilərin Ekologiya nazirliyinə veriləcəyini deyən Makron bunun zəruri olduğunu vurğulayıb: “Çirkli hava ildə 48 min şəxsin ölümünə səbəb olur. Bu rəqəm Fransada bütün cinayətlərdən, boğulmalardan, məişət qəzalarından gələn ölüm hadisələrini belə üstələyir”.

Makronun fikrincə, ekoloji problemlər ölkə üçün həyati önəm kəsb edir. Onun sözlərinə görə, sosial problemlər dilə gətirilərkən ekoloji məsələlər arxa plana keçə bilməz.

Dosye.org

COMMENTS