Malatyada zəlzələ baş verib – Ölən və yaralananlar var (Yenilənib)

Malatyada zəlzələ baş verib – Ölən və yaralananlar var (Yenilənib)

Malatyada baş verən 5,6 maqnitudalı zəlzələ zamanı 1 nəfər həlak olub, 69 nəfər yaralanıb.

Bununla bağlı AFAD rəhbəri Yunus Sezer məlumat verib.

Türkiyənin vitse-prezidenti Fuat Oktay baş verənlərlə əlaqədar təbii fəlakətdən zərər çəkən bütün sakinlərə şəfa diləyib.

O, həmçinin sakinlərdən zədəli binalardan uzaq durmalarını istəyib və bildirib ki, xilasetmə heyəti axtarışları davam etdirir.

Türkiyənin milli təhsil naziri Mahmut Özer isə deyib ki, zəlzələ zamanı azı 22 bina dağılıb.

Malatyada 5,6 bal gücündə zəlzələ baş verib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Bakı vaxtı ilə saat 13:04-də Malatyanın Yeşilyurd rayonunda meydana gələn 5,6 bal gücündə zəlzələ 6,96 km dərinlikdə baş verib.

COMMENTS