“Mançester Yunayted” istədiyi transferi gerçəkləşdirdi – 95 MİLYON AVROYA

“Mançester Yunayted” istədiyi transferi gerçəkləşdirdi – 95 MİLYON AVROYA

“Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirib.

“Qırmızı şeytanlar” Dortmund “Borussiya”sından Ceydon Sançonun keçidini rəsmiləşdirib.

21 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.

Almaniya mətbuatının xəbərinə görə, “Mançester Yunayted” ingilis yarımmüdafiəçi üçün “Borussiya”ya bonuslarla birlikdə 95 milyon avro ödəyəcək.

COMMENTS