manset


BEYLƏQANDA BAŞÇININ QƏBULUNDA GƏRGİN ANLAR – Ürəyi gedən, təhqir olunan və…

BEY.jpg

Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin qəbuluna gələn vətəndaşlar gərgin anlar yaşayıblar.

Problem və şikayətlərinin dinləniləcəyinə ümid edən beyləqanlılar qəbul üçün ayrılan gün və saatda rayon rəhbəri tərəfindən qəbul edilmədiklərini görüncə etiraz səslərini qaldırıblar. RİH-nin işçiləri və mühafizə polisi onları neytrallaşdırmaq istərkən şiddət göstəriblər və bu vaxt qəbula gələn bir yaşlı qadının ürəyi gedib. Hadisə yerinıə təcili tibbi yardım ekipajı gəlib.

Bütün bunlar “Realmedia.az”-ın Beyləqandakı əməkdaşının gözləri qarşısında baş verib. Əməkdaşımız bildirir ki, onun bu acınacaqlı mənzərəni izləməsi və qeydlər aparması RİH başçısının müavini Məhəmməd Qələndərovun diqqətini çəkib: “Məhəmməd Qələndərov məni yanına çağırıb soruşdu ki, nə olub, məqsədiniz nədir? Əslində bu sualı Məhəmməd Qələndərova ünvanlamaq daha yerinə düşər. Əslində bizim məqsədimiz bəllidir. Sizin məqsədiniz nədir, nədən bu vətəndaşları qəbul etmirsiniz, onlara gərgin anlar yaşadırsınız”.

Məhəmməd Qələndərov

Hazırki saatlarda Asif Ağayevin iqamətgahı qarşısında gərginlik davam etməkdədir. Günün sonunadək yəqin ki, oxucularımızla paylaşmağa dəyər digər məlumatlar da əldə edəcəyik. Müşahidə olunanlar göstərir ki, Beyləqan RİH-nin vətəndaşların müraciətlərinə həssas yanaşması, rayon sakinlərinin RİH aparatında və yerlərdə səyyar qəbulları və bu barədə rayon rəhbərliyinin yaydığı məlumatlar formal xarakter daşıyır. Əminliklə bir onu qeyd edirik ki, dövlətimizin başçısının ölkə vətəndaşlarının problem və qayğılarına həssaslıq göstərdiyi, sosial məsələlərin həllinə xüsusi diqqət yetirdiyi indiki məqamda insanların bayram ovqatına “soğan doğramaq” nə Asif Ağayevə, nə Məhəmməd Qələndərova, nə də Beyləqan sakinlərini narahat edən məsəklələrə biganə qalan digər məmurlara yaxşı heç nə vəd etmir.

Yazıda adları qeyd olunan şəxsləri mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DOSYE.ORG

Məktəb direktoru AKT zalını icarəyə verib – 248 saylı məktəbin müəllimlərindən PREZİDENTƏ MÜRACİƏT

214.jpg

Binəqədi rayonundakı 248 saylı orta məktəbin bir qrup müəllimi adından “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. İşlərini itirməkdən ehtiyat etdikləri üçün adlarını gizli saxlamağımızı xahiş edən şikayətçilər qəzetimiz vasitəsilə prezident İlham Əliyevə müraciət ünvanlayıblar:

“Cənab Prezident!

248 saylı məktəbdə baş verənlərlə bağlı dəfələrlə Bakı Baş Təhsil İdarəsinə, Təhsil Nazirliyinə ünvanladığımız müraciətlərə, KİV-də və mediada gedən yazılara heç bir reaksiya verilmir, hər hansı tədbir görülmür. Bu səbəbdən də elə təəssürat yaranır ki, sanki bu məktəbin direktoru Xəyyam Fərəcov və müavinləri Reyhanə Qurbanova ilə Saleh Quliyev toxunulmaz şəxslərdir”.

Müraciətdə məktəbə rəhbərlik edən və yuxarıda adları hallanan şəxslər barədə maraqlı faktlar dövlət başçısının diqqətinə çatdırılır: “Direktor müavıni Reyhanə Qurbanovanın əmək kitabçasına nəzər saldıqda bəlli olur ki, o, 24.08.1998-cı ildən 03.09.2002- ci ilə qədər Azərbaycan Universitetində Beynelxalq münasibətlər-ölkəşünaslıq kafedarasında asisstent vəzifəsində, 20.04.2004 – 06.10.2009 tarixlərində isə Elm İstehsalat Mərkəzində tədris üzrə mütəxəsis olaraq çalışıb. Amma məsələni araşdırdıqda məlum olur ki, hər iki iş yeri saxtadır. Çünki hər bir işçiyə 2006-cı il yanvar ayının birində sosial sığorta şəhadətnaməsi verilib, lakin bu R.Qasımovaya şamil edilməyib. Səbəb isə sadədir; çünki özünə saxta əmək stajı yazdırıb və əmək kitabçasına vurulan möhür də saxtadır”.

Müraciət müəlliflərinin dediyinə görə, məktəbdə bir sıra müəllimlərin dərs yükü az olduğu halda R.Qurbanova əlavə olaraq özünə 12 saat dərs yükü götürüb: “Hansı ki, coğrafıya müəllimi işləyən Nəcibə Dəmirovaya cəmisi 9 saat dərs yükü verilib. Bundan başqa R.Qurbanova vəzifəsinə uyğun olaraq görməli olduğu sənədləşmə işlərini savadsızlığından dolayı yerinə yetirə bilmədiyi üçün özünə bir köməkçi də tutub. Belə ki, həmin işləri məktəbin riyaziyyat müəllimi Sevinc Canmirzəyeva həyata keçirir. Bu azmış kimi, Xəyyam Fərəcov bu “əməyini” ııəzərə alaraq, ona 2 sinifin, 9Ä və 10B siniflərinin rəhbərliyini də həvalə edib”.

Müraciət müəllifləri bildirirlər ki, X.Fərəcov analoji yaxşılığı yaxın dostu Elman İsmayılova da edərək, 10B və 11B siniflərinin rəhbərliyini də ona tapşırıb: “Ola bilər ki, həmin siniflər kiminsə adına rəsmiləşdirilib. Ancaq faktiki olaraq bu siniflərə yuxarıda adları çəkilən müəllimlər rəhbərlik edir. Yuxarı siniflərdə şagirdlərindən dərsə cəmi 2-3 nəfər gəlir. Bunlar tədris işinin başlanğıcından sinif rəhbəri və direktorla danışıb, anlaşıblar. Təhsil Nazirliyindən gəlib yoxlama apara bilərlər”.

Müraciətdə məktəb direktorunun dərs bölgüsündən də narazılıq qeyd olunur: “Bildiyimizə görə, dərs bölgüsü diaqnostik qiymətləndirmənin nəticələrinə uyğun bölünür. Lakin X.Fərəcovun bölgüsündə bu prinsipdən əsər-əlamət belə yoxdur:

-Məktəbin direktor müavini, qiyabi siniflərin şagirdlərindən pul yığmına cavabdeh Xanım Quliyeva diaqnostik qiymətləndirmədə coğrafıya fənnindən iştirak etsə də, ona biologiya fənnindən 18 saat dərs verilib. Üstəlik, qiyabi qruplarda bir nəfər də şagird tapmaq mümkün deyil.

– Rus dili müəlliməsi Elmira Baxşəliyeva diaqnostik qiymətləndirmədə ixtisasartırmadan aldığı tarix diplomu ilə iştirak edib. Ancaq ona 15 saat tarix, 15 saat rus dili dərsi verilib.

– Biologiya müəlliməsi Nigar müəllimə imtahanda biologiya fənnindən iştirak edib, amma kimya dərsi biologiyadan çox verilib.

– Hərbi rəhbər Məhəmməd Mahmudov hərbiyə aid imtahandan keçib, ancaq idman dərsi deyir. Üstəlik, direktorla isti münasibətləri sayəsində rəhbərlik etməsü üçün 6-cı və 8-ci siniflərdən ona 2 sinif də verilib. Təbii ki, bu siniflər də başqa ada yazılır, lakin faktiki rəhbərliyi M.Mahmudov edir.

– İdman müəllimi Nazilə Zülfüqarova bədən tərbiyə diaqnostik qiymətləndirmədə iştirak etməsinə rəğmən musiqi dərsi deyir.

Bu ədalətsiz bölgüləri X.Fərəcov və R.Qurbanovanın müəyyən maraqlar müqabilində həyata keçirdiyini iddia edən şikayətçilər, məktəbdə ciddi maliyyə pozuntusunun olduğunu dilə gətiriblər:

“Cənab Prezident!

Məktəbdə ciddi maliyyə pozuntusu var. 1- 4 oktyabr 2018-ci ildə məktəbin riyaziyyat müəllimi Əhmədova Kəmalə Türkiyəyə dincəlməyə gedib. Ancaq həmin günlərdə dövlət sənədi olan junalı öz xətti ilə yazıb. Müəlliməyə isə həmin günlərə əmək haqqı yazılıb. Ödənilən əmək haqqını müəllimə Xəyyam Fərəcova və Reyhanə Qurbanovaya verib. Eyni hadisə 2018-ci ilin noyabrında və həmişəki qaydada təkrar olub. Bundan başqa, ədəbiyyat müəlliməsi Məlahət də həmin vaxtlar ölkə hüdudlarını tərk edib dincəlməyə gedib. Eyni üsul yenidən istifadə edilib. Belə olan təqdirdə sual olunur ki, Bakı Baş Təhsil İdarəsində işləyən işçilərin çoxu hüquqşünas olduğu halda necə ola bilər ki, məktəbdə baş verən bu saxtakarlıqları onlar araşdıra bilmirlər”.

Məktəbdə texnologiya və informatika dərslərinin ümumiyyətlə keçirilmədiyinə diqqət çəkən müraciət müəllifləri valideynlərin olduqca narazı olduqlarını vurğulayaraq, xahiş edirlər ki, Təhsil Nazirliyinə komissiya təşkil olunub, baş verənlərin araşdırılması və bu qanunsuz hərəkətlərin qarşsı alınması üçün göstəriş verilsin: “Cəmi 8 ay direktor işləyən və saxta əmək kitabçası alan birindən biz nə gözləyə bilərik. Təsəvvür edin ki, Neftçala rayonunun İsmətli kəndində X.Qafarov adına orta məktəbdə 8 ay katibə işləyən, Bakı Baş Təhsil İdarəsinin indiki müdiri Rəşad Tağıyev vasitəsilə Bakıya gətirilən İlahə Hüseynova cəmi 27 gün Zəkalar liseyində çalışdıqdan sonra, oradan qovulmasına rəğmən, hazırda 248 №-li məktəbə ibtidai sinif müəllimi işləyir. Biz həmin müəllimə necə 1-ci sinif şagirdini etibar edək?!

Məktəbin reytinqi ildən-ilə aşağı düşür. Xəyyam Fərəcovun fəaliyyəti sayəsində 2017-2018 tədris ilində təhsilin səviyyəsi 30%-ə enib. Hansı ki, ondan əvvəl məktəbin reytinqi 80% idi.

Müəllimləri ən çox narahat edən məslələrdən biri isə, bizə tez-tez ağ vərəqələrə imza etdirilməsidir. Səbəbini isə Bakı Baş Təhsil İdarəsinə saytlarda məktəbin adnı imza edənlərin hallandırmadığını təsdiq etmək kimi izah edirlər. Sonra isə özləri vərəqi doldurub harasa göndərirlər. Qorxuruq ki, bu bəlkə dövlətimizə qarşı bir təxribatdır. Çox xahiş edirik ki, bu məsələ ciddi araşdırılsın. Başlıq yazılmayan kağızlara imza ediləndən 2 gün sonra məktəbə təlim-tərbiyə üzrə direktor müavini Saleh Quliyevin iki nəfər dostu gəlir. Həmin şəxslər Saleh Quliyevlə və Xəyyam Fərəcovla saatlarla söhbət edir və həmin kağızları götürüb sonra haraya isə aparırlar”.

Müraciətdə göstərilir ki, direktor Xəyyam Fərəcovun himayədarları təkcə Bakı Baş Təhsil İdarəsində yox, həm də elə Təhsil Nazirliyindədir: “Xəyyam Fərəcov direktor təyin olunandan sonra şahidi olduq ki, Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdir əvəzi Murad Camalzadə məktəbə tez-tez gəlməyə başlayıb. Maraqlıdır, görəsən insan resursları şöbəsinin müdiri başqa məktəbin direktorları ilə də belə tez-tez “görüşür?”. Bizim yadımızdadır ki, Bakı Baş Təhsil idarəsinin İnsan Resursları şöbəsinin müdiri Roman Məmmədov da məktəbə indiki direktor Xəyyam Fərəcovla gəlmişdi. Ancaq onların gəlişinin məqsədi tamam başqa idi. Məktəbə daxil olub bizim əvvəlki direktoru məcburi otaqdan çıxarıb, “bu gündən işdən azadsan dedilər”. Biz bir anlıq 1990-cı illlərin hadisələrini yadımıza saldıq. Həmin vaxtlar şahidi olurduq ki, idarə müdirləri, məktəb direktorları, kolxoz sədrlərini eynilə belə məcburi surətdə otaqdan çıxarıb deyirdilər ki, “bu gündən bu təşkilatı biz idarə edəcəyik”. Həmin hadisədən bir müddət keçəndən sonra Roman Məmmədovla gələn Xəyyam Fərəcovu bizim məktəbə direktor təyin etdilər. O vaxtdan da məktəbdə qanun pozuntuları baş alıb gedir”.

Məktubda daha bir maraqlı məqam isə X.Fərəcovun mərhum prezident Heydər Əliyevin anım gününün keçirilməsinə imkan verməməsidir: “Keçən il X.Fərəcova müraciət edib dedik ki, Ulu Öndər Heydər Əliyevin anım gününə aid tədbir keçirək. Onun bizə cavabı bu oldu: “harada keçirək, məktəbə məxsus olan akt zalını arendaya vermişəm”. Biz bir şeyi başa düşmürük ki, müasir müstəqil Azərbaycan Dövlətinin banisi, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə yer tapılmadı.

Cənab Prezident!

Sizə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi qayğıya görə minnətdarıq. Biz Sizin qətiyyətinizə güvənir və inanırıq ki, məktəbdə baş verən bu qanun pozuntuları aradan qaldırılacaq”.

Hurriyyet.org

Redaksiyadan: Mövzunu araşdıracağıq. Yazıda adları qeyd olunan şəxslərin mövqeyini də qəzetimizdə dərc etməyə hazırıq.

Gəncə Dövlət Universiteti böyüyür və inkşaf edir - FOTOLAR

GDU.jpg

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Gəncə Dövlət Universitetinin rektoru, Kimya elmləri doktoru, professor Yusif Yusifovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Gəncə Dövlət Universitetinin rektoru, Kimya elmləri doktoru, professor Yusif Yusifovdur.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

1. 1973-cü ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
2. 1973-1976-cı illərdə SSRİ EA Üzvi kimya İnstitutunda aspiranturanı bitirmişdir.
3. 1978-ci ildə SSRİ EA Üzvi kimya İnstitutunda namizədlik dissertasiyası müdafiə etmişdir.
4. 1986-cı ildə dosent elmi adı almışdır.
5. 1993-cü ildə AMEA-nın Kimya Problemləri İnstitutunda doktorluq dissertasiyası müdafiə etmişdir.
6. 1995-ci ildə professor elmi adı almışdır.

ƏMƏK FƏALİYYƏTİ

1. 1973-1976-cı illərdə N.D. Zelinski adına Üzvi kimya İnstitutu, aspirant, Moskva
2. 1976-1981-ci illərdə N.D. Zelinski adına Üzvi kimya İnstitutu, kiçik elmi işçi, Moskva
3. 1981-1986-cı illərdə AKTİ, assistent, Gəncə
4. 1986-1995-ci illərdə AKTİ, dosent, Gəncə
5. 1995-1996-cı illərdə AKTA, professor, Gəncə
6. 1996-1997-ci illərdə AKTA, “Kimya” kafedrasının müdiri, Gəncə
7. 1997-2011-ci illərdə BDU-da professor
8. 2011-2014-cü illərdə GDU-da tədris işləri üzrə prorektor
9. 2014- cü ildən Gəncə Dövlət Universitetində rektor

“Ümumi kimya”, “Qeyri-üzvi kimya”, “Fıziki-kimyəvi analiz”, “Qeyri-üzvi materialşünaslıq”, “Faza tarazlıqlarının termodinamikası” və s. fənnlər üzrə mühazirə və laboratoriya dərsləri aparır.
200 elmi əsərin , o cümlədən 4 monoqrafiyanın, 10 dərslik və dərs vəsaitinin, 4 patentin müəllifıdir.
2 elmlər namizədi yetişdirmişdir.
Elmi fəaliyyəti mürəkkəb qeyri-üzvi sistemlərin fıziki-kimyəvi tədqiqi ilə bağlıdır. O, çoxkomponentli yarımkeçirici sistemlərin faza tarazlığının və termodinamik xassələrinin qarşılıqlı əlaqələndirilmiş tədqiqi sahəsində sistemli tədqiqatların müəllifidir. 20 ildən artıq bir dövr ərzində mis, gümüş və tallium əsasında onlarla üçlü və daha mürəkkəb xalkogenid və xalkohalogenid sistemini ətraflı tədqiq etmişdir. Həmin sistemlərdə yanmkeçirici, termoelektrik, fotoelektrik və s. xassələrə malik yüzlərlə yeni birləşmə və dəyişən tərkibli faza aşkar edilmiş, onların əmələgəlmə xarakteri, homogenlik sahələri, kristalloqrafık parametrləri, standart parsial və inteqral termodinamik funksiyaları və s. xassələri öyrənilmişdir.

TƏDQİQAT SAHƏSİ

• Çoxfazalı çoxkomponentli qeyri-üzvi sistemlərin kimyası, fıziki-kimyəvi analizi və termodinamikası,
kimyəvi materialşünaslıq, qeyri -üzvi funksional materiallar

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

• 50-dən artıq beynəlxalq və respublika elmi konfranslarında müxtəlif mövzulu məruzələrlə çıxış etmişdir.

Gəncə Dövlət Universitetinin rektoru, Kimya elmləri doktoru, professor Yusif Yusifov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli sədr peşəsinə yiyələnən professor Yusif Yusifov bu işin müqəddəsliyini qoruyub saxlayır. Professor Yusif Yusifov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu professor Yusif Yusifovdan danışdılar yaxşı ki, professor Yusif Yusifov Gəncə Dövlət Universitetinin rektoru təyin olunub… professor Yusif Yusifov öz isguzarlığı ilə tanınır və seçilir….

professor Yusif Yusifov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə professor Yusif Yusifovu heç vaxt əqidəsindən döndərə bilməz.

Professor Yusif Yusifov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Professor Yusif Yusifov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Professor Yusif Yusifov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Yusif Yusifovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Professor Yusif Yusifov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Professor Yusif Yusifov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Gəncə Dövlət Universitetinin rektoru, Kimya elmləri doktoru, professor kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Respublikamızda sayılıb-seçilən, təhsilimizdə xüsusi yeri və çəkisi olan elm ocaqlarından biri də Gəncə Dövlət Universitetidir. Gözəl ənənələrə və şərəfli tarixə malik olan bu universitet ölkəmizə minlərlə ixtisaslı kadrlar vermişdir. Qərb regionunda ən nüfuzlu təhsil ocağı olan Gəncə Dövlət Universiteti Azərbaycan təhsilinə dəyərli töhfə verməkdədir.

Məlumdur ki, bu gün Azərbaycan təhsilinə verilən tələb və standartlar dəyişmişdir. Müasir təlim standartları günün tələbidir. Tədrisin keyfiyyətini artırmaq üçün universitetdə innovativ yanaşmalara geniş yer verilir. Rektorluğun təşəbbüsü ilə ötən ildən bu məqsədə xidmət edən yeni layihəyə - "açıq dərs"lərə start verilib. Yeni layihə istər müəllim heyətinin, istərsə də pedaqoji təcrübədə olan tələbələrin "açıq dərs"lərini müntəzəm təşkil etməklə bərabər, həm də onların ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilməsi və televiziya vasitəsilə işıqlandırılmasını nəzərdə tutur.
Universitetdə semestr imtahanlarının şəffaflığına nail olmaq üçün imtahanlar test üsulu ilə aparilir.
Universitet xarici beynəlxalq əlaqələrə geniş yer verir. Universiteti tanıdan və inkişaf etdirən amillərdən biri də onun beynəlxalq əlaqələridir. GDU bu sahədə də bir sıra yeniliklərə imza atıb. GDU-nun beynəlxalq əlaqələrində Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı olan "KOİCA" geniş yer tutur.

Onu da qeyd edək ki, Gəncə Dövlət Universiteti bir neçə istiqamətdə ali məktəblərlə müqavilələr bağlayıb. Avropa istiqamətində Fransanın Yuxarı Elzas, Strasburq, Reyms Şampan-Arden, Albaniyanın Vitrina, MDB ölkələri istiqamətində Belarusun Vitebsk, İqtisad, Poltava, Gürcüstanın Tbilisi, Kutaisi universitetləri, Özbəkistanın Nizami adına Daşkənd Pedaqoji İnstitutu və Azərbaycanın Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, AMEA Aşqarlar Kimyası, AMEA Kimya Problemləri İnstitutları, Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq uğurla davam etdirilir.

Hazırda GDU-da aparılan məqsədyönlü işlər nəticəsində neqativ halların qarşısı alınmış, tədrisin keyfiyyəti, əmək intizamı yüksəlmiş, universitetdə obyektivlik və şəffaflıq bərqərar olmuşdur.Universitetin rektorlugu, müəllim və tələbə ictimai təşkilatları çalışırlar ki, universitetdə hər bir kəsin əməyi öz layiqli qiymətini alsın. Onlar müəllimlərin də, tələbələrin də mülahizə və təkliflərinə diqqət və qayğı ilə yanaşırlar.
Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti rektor, professor Yusif Yusifovun rəhbərliyi ilə son dövrdə bu ali təhsil ocağında gedən quruculuq işlərini - müəssisənin demokratik prinsiplərə müvafiq idarə olunması, təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi, tədris prosesində şəffaflığın təmin olunmasını ürəkdən alqışlayır.

Göründüyü kimi GDU-da inkişaf və fərqlilik göz qabağındadır. Daha yüksək nailiyyətlərə imza atmaq üçün rəhbərlik və pedaqoji heyət yorulmadan uğurlarının sayını daha da artırmağa çalışır. Gəncə Dövlət Universiteti illərlə qazandığı şərəfli şanlı ənənələrini saxlamaq və yaşatmaqla irəliləyir. Onu hələ qabaqda nə qədər gözəl işlər, yalnız və yalnız uğurlar gözləyir.

DOSYE.ORG

Heydər Əliyev qanuni xidmət edir, Məhərrəm Rəsulov isə kef edir…

GUN.jpg

Ölkə başçısı İlham Əliyevin oğlu Heydər Əliyev hərbi xidmət keçdiyi halda Gəncədə yerləşən 2 saylı istintaq təcridxanasının rəisi Ruslan Rəsulovun oğlu Məhərrəm Rəsulovun adı, atasının rəis olduğu türmənin yaxınlığındakı hərbi hissədə, özü isə Gəncədəki əyləncə mərkəzlərindədir.

Rəisin oğlu Gəncədə Xan bağına bitişik hərbi hissədə guya xidmət keçir. Söz yox ki, təcridxana ilə hərbi hissə qonşudu və əsgər hər an atasının qayğısını görür, himayəsi altında olur. O, istədiyi saatda evinə gəlib gedə bilir. Maraqlı fikir ortaya çıxır. Ölkənin birinci şəxsinin oğlu qanuni xidmət edir, ancaq türmə rəisinin oğlu parkın başındakı hərbi hissədə kef edir, bütün günü evdə, şəhərdə istədiyi kimi əylənir.

Hörmətli oxucular, yuxarıda bəhs etdiyimiz 2 saylı İstintaq Təcridxanasının rəisi ilə bağlı yaxın günlərdə daha geniş araşdırma yazımızı GundemXeber.Az-ın çoxsaylı oxucularının diqqətinə çatdırmağa çalışacağıq. Bizi izləməyi unutmayın!

DOSYE.ORG

"İcra başçısı Horadizdə 100 illik ağaclar kəsdirdi"

ALİ.jpg

"Çinarlar kəsilən zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları müdaxilə etməyə çalışıb, amma Alı Alıyev onları ərazidən qovdurub"

Füzuli rayonu Horadiz qəsəbəsində 100 yaşı olan çinar ağacları kəsilib.Bu barədə rayon sakini Nəsimi Hüseynov məlumat verib. O, bununla bağlı prezidentə də müraciət etdiyini bildirib.

N. Hüseynov deyib ki, Horadiz şəhərinin mərkəzi küçəsi hesab olunan "20 Yanvar" küçəsində 1950-ci illərdə əkilmiş 15-ə yaxın Xan çinarının kəslib, yox edilib.

O, azfakt.com-a bildirib ki, "20 Yanvar" küçəsindəki çinarlar rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin göstərişi ilə kəsilib.

Məlumata görə, Alı Alıyev 100 illik ağacları ona görə kəsib ki, guya Xan çinarları Horadiz şəhəri "20 Yanvar" küçəsinin hasarlarının görünüşünə mane olurmuş: "Çinarlar kəsilən zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları buna müdaxilə etməyə çalışıb, amma Alı Alıyev onları ərazidən qovdurub. Görünür, prezident İlham Əliyevin ağacların kəsilməməsi ilə bağlı dəfələrlə etdiyi xəbərdarlıqları Alı Alıyev qulaqardına vurub. Belə olmasaydı, icra başçısı prezidentin xəbərdarlığına nəzərə alaraq Xan çinarlarını kəsdirməzdi..."

Çinar ağaclarının kəsilməsini əks etdirən video görüntülər sosial şəbəkələrdə də yayılıb.

Füzuli Rayon İcra Hakimiyyətindən isə məsələyə münasibət bildirilməyib.

DOSYE.ORG

Xəbər Lenti

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.