Müdafiə Nazirliyindən sərt etiraz: "Maraqlarımıza ziddir"


Müdafiə Nazirliyindən sərt etiraz: "Maraqlarımıza ziddir"

Font ölçüsü

mudafie.jpg

Silahlı Qüvvələrin hərbi texnikasının daşınması, əvəz edilərək yerlərinin dəyişdirilməsi planlı surətdə həyata keçirilir və bölmələrin döyüş tapşırığının yerinə yetirilməsi üçün tələb olunan daimi döyüş hazırlığı qabiliyyətinin saxlanılması məqsədini daşıyır.


Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, bu məsələdə əlavə şərhə, mülahizələrə ehtiyac yoxdur və hər hansı bir müzakirənin aparılması dövlət maraqlarımıza ziddir.

Xatırladaq ki, bu gün bəzi media qurumlarında ordumuzun hərbi texnikasının dislokasiyası ilə bağlı məlumat gedib.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.