Beyləqanda dövlət əmlakını məmurlar talan edir


Beyləqanda dövlət əmlakını məmurlar talan edir

Font ölçüsü

beyleqan.jpg

Redaksiyamıza Beyləqan rayonundan gələn şikayətlərdə bildirilir ki, yerli icra hakimyyəti başçısının birinci müavini Telman Məstanov un korrupsiyaya qurşanması dövlətə külli-miqdarda ziyan vurulması ilə yanaşı rayonda əhalinin su təhcizatı sahəsində qlobal problemlərlə özləşməsinə birbaşa şərait yaradıb.

Bu barədə DİA.AZ-a daxil olan məlumatda ilginc faktlar da açıqlanır: “Məsələ bundadır ki, cənab Məstanov vəzifə səlahiyyətindən sui-istifadə edərək Beyləqanın Xalac kəndindəki su anbarından rayonun Dünyamallar , 2-ci Şahsevən , Mil kəndlərinə gedən su borularını çıxartdıraraq satdırıb. Adını da qoyublar ki ,guya sıradan çıxıb. O cümlədən Qəhramanlı kəndi ərazisində də su boruları çıxarılıb. On kilometrlərlə istifadəyə yaralı su xəttləri məhv edilib”.

Verilən məlumata gorə xromlanmış dəmir boruların təkcə 360 metri 5 min manata satılıb. Ümumilikdə başçının müavinin əldə etdiyi qacancın nə qədər olmasını yalnız təxmin etmək olar.

Su problemi ilə bağlı icra hakimiyyətinə şikayətlə gələn əhaliyə isə cənab Məstanov bildirir ki, “Darıxmayın, dövlət yeni su xəttləri çəkəcək”. Görəsən, dövlət əmlakını bu cürə dağıtmaq Beyləqanda belə asanddır?

Qarşı tərəfi dədinləməyə hazırıq…

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.