“Akkreditasiyadan keçmək istəyən jurnalistlərin sentyabrın 15-nə qədər vaxtı var”


“Akkreditasiyadan keçmək istəyən jurnalistlərin sentyabrın 15-nə qədər vaxtı var”

Font ölçüsü

akkimtahan.jpg

“Sentyabr ayının 15-nə qədər hər bir mətbuat orqanı Milli Məclisin Aparat rəhbərinin adına məktub göndərməlidir. Bundan sonra Milli Məclisin payız sessiyasının iclaslarında iştirak edəcək jurnalistlər akkreditasiyadan keçməlidir”.

Bunu Modern.az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib. Onun sözlərinə görə, Milli Məclisin iclası başlayana qədər həmin məktublara baxılacaq: “Beləliklə, akkreditasiya məsələsi öz həllini tapır. Qanun nə cür tələb edirsə, ümumi qaydada baxıb akkreditasiyanı həyata keçiririk”.

Qeyd edək ki, sentyabr ayının 15-dən Milli Məclisin daxili əsasnaməsinə əsasən, Milli Məclis deputatlarının tətil müddəti başa çatır. Bununla da parlamentin 2014-cü il payız sessiyasına start verilir. Oktyabr ayının 1-dən isə plenar iclaslar başlayacaq.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.