Zakir Həsənov Rumıniyada belə qarşılandı - Foto


Zakir Həsənov Rumıniyada belə qarşılandı - Foto

Font ölçüsü

zakirhesenov.jpg

Azərbaycan Respublikası Müdafiə naziri Zakir Həsənov Rumıniyada səfərdədir.

Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, avqustun 27-də Rumıniyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Rumıniya Milli Müdafiə naziri cənab Mirça Duşa tərəfindən təntənəli qarşılanma mərasimi keçirilib.

Genişləndirilmiş tərkibdə baş tutan görüşdə regional təhlükəsizlik, ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Müdafiə nazirləri əməkdaşlığın indiki vəziyyətini yüksək qiymətləndirərək Silahlı Qüvvələr arasında yeni imkanların əldə olunması istiqamətində fikir mübadiləsi aparıblar.

Görüşdən sonra Müdafiə nazirlərinin media nümayəndələri qarşısında çıxışı olub.

Müdafiə nazirinin Rumıniyaya səfəri avqustun 28-də başa çatacaq.

zakirfoto.jpg

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.