Mehriban Əliyeva “Qobustan kölgələri” baletini izlədi


Mehriban Əliyeva “Qobustan kölgələri” baletini izlədi

Font ölçüsü

543760.JPG

Sentyabrın 17-də UNESCO-nun mənzil qərargahına gələn Azərbaycanın birinci xanımı, qurumun xoşməramlı səfiri Mehriban Əliyeva əvvəlcə təşkilatın baş direktoru İrina Bokova ilə görüşüb.


"Qafqazinfo" AzerTac-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə UNESCO arasında həyata keçirilən layihələrin əhəmiyyətindən danışılıb. Qobustanla bağlı UNESCO-da baş tutan təqdimatın önəmi vurğulanıb. İkitərəfli əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

“Qobustan kölgələri” baletinin nümayişindən öncə çıxış edən UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı bir daha salamlayıb. O, xalqımızın və dünya mədəni irsinin şah əsərlərindən olan Qobustanın UNESKO-dakı təqdimatından şad olduğunu, keçmişlə bu gün arasında mənəvi bağ olan bu baletin yaratdığı harmoniyanın ikitərəfli əməkdaşlıqda mühüm elementə çevrildiyini vurğulayıb. Baş direktor Qobustan petroqliflərinin o dövr insanının danışan dili olduğunu və bu ünsiyyətin artıq ümumbəşəri sərvət kimi qəbul edildiyini bildirib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalqımızın milli sərvəti olan Qobustanın qorunması və gələcək nəsillərə çatdırılması ilə bağlı ölkəmizdə bir çox işlərin görüldüyünü, layihələrin həyata keçirildiyini söyləyib. O deyib ki, Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda inşa edilmiş muzeyin 2011-ci ilin dekabrında Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılması da bu məsələnin hər zaman aktual olmasından xəbər verir.

Nazir vurğulayıb ki, bu əsərin xaricdə ilk nümayişi 45 il öncə Parisdə olub və yenidən bu mövzuya Fransa paytaxtında qayıdılması buradakı sənətsevərlərə dəyərli töhfədir.

Sonra “Qobustan kölgələri” baleti nümayiş etdirilib.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.