Milli Məclisdən boş qalan mandat yerləri ilə bağlı AÇIQLAMA


Milli Məclisdən boş qalan mandat yerləri ilə bağlı AÇIQLAMA

Font ölçüsü

yap.jpg

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlının Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinin sədri təyin edilməsindən sonra Milli Məclisdə boş qalan deputat yerlərinin sayı faktki olaraq 4-ə çatıb.

Xatırladaq ki, Mübariz Qurbanlıdan əvvəl Baş nazirin müavini təyin edilən Əli Əhmədov, mandatdan imtina etmiş Gülər Əhmədova və avtomabil qəzası nəticəsində dünyasını dəyişmiş Hikmət Atayevin də parlamentdəki kürsüləri boş qalıb.

Məlumat üçün qeyd edək ki, Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilməlidir. Konstitusiyanın 87-ci maddəsində isə qeyd olunur ki, parlamentin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, hər hansı səbəbdən deputatsız qalan dairələrdə seçkilər keçirilmir.

Bəs 2010-cu il noyabrın 7-də Milli Məclisinin IV çağırış deputatı seçildikdən sonra fəaliyyət müddətinin sonuna qədər parlamentdə təmsil oluna bilməyən eks-deputatların boş qalan yerlərinə növbəti seçkilər keçiriləcəkmi?

Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov Aktual.az-a açıqlamasında Milli Məclis kollegial orqan olduğunu bildirib. O qeyd edib ki, boşalan yerlər kvoruma xələl gətirmirsə, prinsipcə, orqanın fəaliyyəti mümkündürsə və davam edirsə, bu, narahatlıq doğurmamlıdır: "Buna görə də o vaxt səlahiyyətlidir ki, seçilməli olan üzvlərinin bəlli sayda hissəsi seçilmiş olsun. Onda artıq o məclisin kollegial orqan kimi fəaliyyət göstərməsi üçün əsas yaradır. Boşalan yerlər isə o kvoruma xələl gətirmirsə, prinsipcə, orqanın fəaliyyəti mümkündürsə və davam edirsə, bu, narahatlıq doğurmamalıdır. Elə ona görə də, yəni boşalan yerlərə seçki keçirilməyin zəruriliyi bir çox şərtlərə və səlahiyyətlərə bağlıdır. Onu da qeyd edim ki, MSK seçkilərin həyata keçirilməsi təşkilatçılığını öz üzərinə götürür, amma seçkilərin təyini MSK-ya aid deyildir".

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.