Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək


Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək

Font ölçüsü

kemalledin.jpg

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Şəmkir şəhərində vətəndaşları qəbul edəcək.

Axar.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən sentyabrın 25-də saat 11:00-dan Şəmkir şəhərində vətəndaşların qəbulu keçiriləcək.

Qəbulda Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində sentyabrın 24-ü saat 09:00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.