Avstraliya İŞİD-ə qarşı döyüşməyə qərar verdi


Avstraliya İŞİD-ə qarşı döyüşməyə qərar verdi

Font ölçüsü

sekil.jpg

Avstraliyanın Nazirlər Kabineti İraqda İŞİD-ə qarşı hərbi əməliyyatlar həyata keçirən koalisiya qüvvələrinə qoşulmaq qırarını təsdiq edib.

 

Baş nazir Toni Abbot bildirib ki, Avstraliya ekstremist qruplaşmanın məğlubiyyəti marağındadır.

Avstraliya artıq İraqdakı əməliyyatlara yardım məqsədi ilə 400 nəfərlik hava qüvvəsi, 200 xüsusi təyinatlı əsgər və 11 qırıcı təyyarəsini Birləşmiş Ərəb Əmirliklərinə yerləşdirib.

Dünən Türkiyə qanunvericiləri sərhəd bölgələrdə İslam Dövləti yaraqlılarına qarşı hərbi əməliyyatlardan istifadə edilməsinə dair qanun qəbul edib.

Sənəd İŞİD-ə qarşı xarici qüvvələrin Türkiyə ərazisindən əməliyyat aparmalarına da imkan verir.

ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri qrupun genişlənməsinə mane olmağa çalışır.

Son həftələr İŞİD-in sərhəd Kobani şəhərinə doğru irəliləməsi gəndinlikləri artırıb.

Suriyanın cənub sərhədlərinin müdafiə qüvvələrinin rəisi xarici yardım olmadan yaraqlıları məğlub etməyin qeyri-mümkün olduğunu deyib.

Amerikanın Səsinə müsahibəsi zamanı İsmət Şeyx Həsən bildirib ki, bölgəni müdafiə edən kürd döyüşçüləri koalisiya qüvvələrinin hücumlarına görə tərk edilib.

O, İŞİD yaraqlılarının şəhərə daxil olub, əhaliyə qarşı genişmiqyaslı qırğın törətmələrinin yalnız vaxt məsələsi olduğunu deyib.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.