Bərzani: “İŞİD-çilər heyvan daşınan maşınlarda gizlənirlər”


Bərzani: “İŞİD-çilər heyvan daşınan maşınlarda gizlənirlər”

Font ölçüsü

berzani.jpg

“Onlar artıq heyvan daşınan ikimərtəbəli yük maşınlarında gizlənirlər. Maşının üstünə heyvan yığırlar, altında isə özlərini, silah, sursat və partlayıcılarını gizlədirlər”.

 

Axar.az-ın məlumatına görə, bu sözləri İraq Kürdüstanının başçısı Məsud Bərzaninin qardaşı oğlu, Mahmur və Giver cəbhə komandiri general Sivan Bərzani deyib. S.Bərzani İŞİD qüvvələri haqda danışarkən qeyd edib ki, İraqda terrorçuların sayı 15 mindir və əksəriyyəti iraqlıdır:

"General Bərzani Mahmurdan Mosula qədər olan ən geniş cəbhənin komandirliyini edir. Təxminən 26 kilometrlik sahədə olan cəbhələri gəzən Bərzani İŞİD mənsublarının hərəkətləri və fəaliyyətlərini yaxından təqib edir.

Gördüyümüz kimi, buranın zəmini düzdür. İstədiyimiz zaman 2 saat içində buranı təmizləyərik. Hazırda bütün kürd kəndlərini azad etmək üçün qərar var. Bizim hədəfimiz Kürdüstan sərhədinin hamısını özgürləşdirməkdir. İŞİD bizim olduğumuz bölgəyə gələ bilmir. Kürdüstan sərhədlərində terrorçu olmamalıdır”.

Generalın sözlərinə görə, vəhşi bir terror təşkilatı ilə qarşı-qarşıyadırlar: “İçlərində heç insanlıq yox, düşmən adına belə layiq deyillər. Hər kəsin başını kəsirlər, uşaq və qadınları qaçırırlar. İndi isə çox qorxu və çaxnaşma içindədirlər. Peşmərgə ilə döyüşdükləri üçün çox peşman olublar”.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.