Bakıda məmurun xanımı vətəndaşların pulunu necə mənimsədi?


Bakıda məmurun xanımı vətəndaşların pulunu necə mənimsədi?

Font ölçüsü

dele.jpg

Dələduz qadının himayədarları quda olduğu deputat və digər vəzifəli şəxsdir – ölkə gündəmini silkələyəcək araşdırma yazı hazırlanır

 

Bir qrup vətəndaşlardan Musavat.com-a şikayət daxil olub. Aldadıldıqlarını bildirən zərərçəkənlər müxbirimizə deyib ki, tanınmış məmur qadın (şikayətçilərdən birinin xahişi, həm də əlavə yazının hazırlanması səbəbi ilə onun adını növbəti yazıda, bu məsələnin araşdırılmasına həsr olunan reportajda açıqlayacağıq – Red. ) onları aldadaraq, külli-miqdarda pullarını mənimsəyib: “O, cəmiyyətdə və öz qohumları arasında müsbət imici ilə tanınır. Önəmli və tanınan bir şəxsin də qudasıdır.

Pulları da qudasının və digər vəzifəli məmurların adı ilə alıb. O, həm də mənim doğma xalamdır. Bir il ərzində məndən və yaxın ətrafımızdan üst-üstə 392850 (üç yüz doxsan iki min səkkiz yüz əlli ) manat alıb və onun çox cüzi hissəsini geri qaytarıb. Hazırda bizdən aldığı və geri qaytarmadığı pulların məbləğı 331 400 (üç yüz otuz bir min dörd yüz) manatdır. Çox pis vəziyyətdəyik. Xahiş edirik, bu mövzunu işıqlandırasınız....”

Zərərçəkənlər bildirir ki, məmur qadının himayədarlarından biri onun polkovnik olan əridir; digəri tanınmış deputatdır; lakin bu da son deyil, başqaları da var. İddia olunur ki, həmin fiqurlar fırıldaqçı polkovnik arvadının əməllərinə dəstək verirlər. İnsanların pullarını mənimsəyən bu dəstədən birinin yaxın zamanlarda daha yüksək vəzifəyə təyinatı gözlənilir.

Musavat.com mövzu ilə bağlı faktları, gizli yazılmış audio və video sübutları əldə edib. Yaxın günlərdə ölkə gündəmini günlərlə məşğul edəcək araşdırma ortaya qoyulacaq.

Musavat.com

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.