Beyləqan ƏSMM-də vəhhabi izi?


Beyləqan ƏSMM-də vəhhabi izi?

Font ölçüsü

beyleqan.jpg

Beyləqanda ünvanlı sosial yardımların verilməsində dözülməz durum yaranıb.

 

Bu barədə Dosye.org-a şikayət ünvanlayan bir qrup Beyləqan sakinləri iddia edir. Onların sözlərinə görə, yardımların təyinatı sırf subyektiv əsaslarla aparılır, nəticədə isə doğurdan da həmin yardıma ehtiyacı olanlar kənarda qalır, yardım isə imkanlı şəxslərə verilir.

Narazılıq isə əsasən Beyləqan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin şöbə müdiri Malik Mahmudovdandır. Redaksiyamıza daxil olan şikayətlərdə bildirilir ki, yoxsul ailələrin vaxtında ünvanlı sosial yardım almasına kağız süründürməçiliyi, bürokratik əngəllər, məmurların rüşvətxorluğu mane olur. Bütün bu işlərin başında dayanan şəxs isə Malik Mahmudovdur.

Əldə etdiyimiz daha bir informasiyada isə şöbə müdirinin radikal dini təmayüllərin təmsilçilərinə himayədarlıq etməsindən bəhs olunur: “Beyləqan ƏSMM-nin şöbə müdiri Malik Mahmudov İŞİD-çiləri himayə edir. Bunun təsdiqi kimi aşağıdakı faktı təqdim edirik. Belə ki, şöbə müdirinin xüsusi canfəşanlığı nəticəsində üncanlı yardım almış və sonradan döyüşmək üçün Suriyaya gedərkən İranda həbs olunmuş Beyzatlı Orxan Ramiz oğlunu göstərmək olar. Bu şəxsə hansı meyarla yardımın təyin olunması da maraqlıdır. Çünki, Beyzatlı Orxan Ramiz oğlu həm təqaüd alır, həm də Daşburun Dəmir Yolu Stansiyasında işləyir. Qeyd edək ki, Beyzatlı Orxan Ramiz oğlunun qardaşı da vəhhabidir və o da ünvanlı social yardım alır. Onlara bu himayəni isə Beyləqan ƏSMM-nin şöbə müdiri Malik Mahmudov göstərir”.

Sonda xatırladaq ki, Beyləqan ƏSMM tərəfindən qanunsuz social yardımlar təyin olunmuş şəxslərin adlı siyahısı əlimizdədir. Həmin siyahını və digər ilginc təfərrüatları isə yaxın günlərdə təqdim edəcəyik.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.