Elnur Aslanovun marketləri əlindən alınıb?


Elnur Aslanovun marketləri əlindən alınıb?

Font ölçüsü

Adı «Gülən davası»na qarışmış Prezident Admnistrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq müdiri, hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə rəisi vəzifəsində çalışan Elnur Aslanovun maliyyə qaynaqlarını da kəsməyə başlayıblar. JAM.AZ-ın əldə etdiyi məlumata görə, proseslərin ilk olaraq konkret hansı obyektlərdən başladığı məlum olmasa da, onun davamı artıq dünəndən diqqəti çəkməyə başlayıb.

Məlumatda deyilir ki, dünən səhər saatlarından etibarən Elnur Aslanova məxsus olduğu deyilən və Bakıda bir xeyli dükanları olan «Rahat» marketlərdə təhvil-təslim işlərinə start verilib. Şəhərin müxtəlif yerlərində həyata keçirilən prosesin yekunu olaraq «Rahat» marketlər şəbəkəsinin Aslanovdan alınaraq, başqa bir məmurun ixtiyarına veriləcəyi dəqiqləşib. Lakin həmin məmurun kimliyi barədəbilgi əldə etmək hələlik mümkün olmayıb.

Mənbə iddia edir ki, Aslanovlarla bağlı digər araşdırmalar da start götürüb. Amma bu araşdırmaların konkret nələrdən ibarət olduğu barədə hələlik bilgi verilmir.9AABE59D-13D7-4733-BBF5-1CF7B0174358 mw1024 n s

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.