Heydər Əsədovun yarıtmaz yarmakaları


Heydər Əsədovun yarıtmaz yarmakaları

Font ölçüsü

Artıq bir neçə ildir ki, ölkədə kənd təsərrüfatı məhsulları yarmarkası təşkil olunur. Buna baxmayaraq Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkalarda alıcılar aldadılır. Nazirlik dəfələrlə yarmarkalarda süni qiymət artımının qarşısını almaq üçün məhsullara konkret qiymətlər müəyyən etdiyini desə də, işbazlar yenə öz əməllərindən qalmır. 

 AzNews.az-ın məlumatına görəheydertoplanti
, yarmarkanın girişində məhsulların qiymətləri açıq şəkildə lövhəyə yazılmasına baxmayaraq, məhsullar fərqli qiymətlərə satılır. 


Məsələn, yarmarkanın girişində qoyulan tabloda kartofun qiyməti 60 qəpik yazılıb, amma yarmarkanın içərisində ən ucuz kartof 70-80 qəpiyə təklif olunur. 

Pomidorun qiymətində də 50 qəpik fərq var. Nazirlik pomidorun satışını 1,30 qəpik müəyyənləşdirsə də, işbazlar məhsulu 1,82 qəpiyə satırlar. 

Xiyarın qiyməti yarmarka üçün 50 qəpik göstərildiyi halda 80, 60 qəpiyə satılmalı olan nar 80, qiyməti 1,40-a müəyyən olunan mandalin 1,60 qəpiyə təklif olunur. Alıcılar deyir ki, adı kənd təsərrüfatı məhsullarının satış yarmarkası olsa da tabloda qoyulan qiymətə yalnız xarici məhsul almaq mümkündür. Məsələn, yarmarkada Tovuz, Gədəbəy kartofu 70-80 qəpiyə satılır. Halbu ki, tabloda İran kartofunun qiyməti göstərilib. Bundan başaq yarmarkada tabloda göstərildiyi kimi keyfiyyətli pomidoru 1,30 qəpiyə almaq mümkünsüzdür. Bu qiymətə alıcıya ancaq əzilmiş, istifadəyə yararsız pomidor təklif olunur. Təbii ki, onu da heç kəs almır. Beləcə, qiymətlərin heç də market və bazardan fəqlənmədiyini görən alıcıların əksəriyyəti yarmarkadan bazarlıq etmədən geri dönürlər. 

Bir sözlə, nazirlə yanaşı nazirliyin yüksək vəzifəliləri yarmarkalardakı qiymətlərlə bağlı hər dəfə göstəriş vermələrinə baxmayaraq onların bu göstərişlərinə məhəl qoyan yoxdur. 

Kənd Təsərrüfatı Naziriliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, problemlə alıcıların özləri mübarizə aparmalıdır. Nazirik sözçüsünün dediyinə görə, yarmarkalarda həmin tablolar ona görə qoyulub ki, heç kim saxtakarlığa yol verməsin. Alıcılar da onu görüb haqlarını tələb etsinlər: 

“Nazirlik həmin qiymətləri müəyyənləşdirib və girişdə tablo qoyub ki, alıcılar həmin tablonu görüb qiymətləri bilsin. Kimsə qiyməti süni şəkildə artırsa, o zaman alıcı öz haqqını tələb etməlidir. Bundan başqa yarmarkaya nazirliyin işçi qrupu, əməkdaşları təhkim olunub. Əgər yarmarkalarda hər hansı bir məhsul tablodakı qiymətlərdən baha satılırsa o, zaman alıcılar nazirliyin əməkdaşlarına bu barədə narazılıqlarını bildirə bilərlər”.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.