Rusiya hərbi gəmiləri Bakıda


Rusiya hərbi gəmiləri Bakıda

Font ölçüsü

Oktyabrın 16-da Rusiya Xəzər Dəniz Donanmasının “Dağıstan” və “Qrad Sviyajsk” kiçik raket gözətçi gəmisi Bakı buxtasına gəlib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, gəmilərin ekipajını Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin və Rusiya Federasiyasının Bakıdakı səfirliyinin nümayəndələri qarşılayıb.

Səfər ərzində gəmilərin komandanlığı və şəxsi heyəti Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən nümayəndə heyəti qəbul olunacaq və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindəki tədris prosesi ilə tanış olacaqlar.

Gəmi heyətinin proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərinə gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər oktyabrın 19-dək davam edəcək101600093548 1

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.