Fuad Ələsgərov xarici kəşviyata işləyənlərə məsləhət gördü


Fuad Ələsgərov xarici kəşviyata işləyənlərə məsləhət gördü

Font ölçüsü

fuad.jpg

“Biz həmişə vətəndaş cəmiyyəti ilə dialoqun tərəfdarı olmuşuq”.

 

Bu sözləri virtualaz.org saytının əməkdaşına açıqlamasında Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin rəhbəri Fuad Ələsgərov deyib.

O bildirib ki, insan haqları üzrə 2005-ci ildə yaradılan işçi qrupu böyük iş görüb.

“Bizim səylərimizlə həmin dövrdə 177 məhbus əfv olundu, lakin buna baxmayaraq AŞ PA Kristofer Ştrasseri siyasi məhbuslar üzrə məruzəçi təyin etməyi qərara aldı və bizim qrup işini dayandırmalı oldu” - deyə Fuad Ələsgərov bildirib.

Prezident Administrasiyasının şöbə müdiri deyib ki, Ştrasser ilk gündən qarşıdurma mövqeyini tutdu və onun Azərbaycana münasibətdə mövqeyi problemlərin həllinı kömək etmədi.

“İndi işçi qrupunun işinin bərpası bir çox məsələlərin Azərbaycanın daxilində həlli üçün böyük əhəmiyyət kəsb edir. Bizə xaricdən hansısa məruzəçi lazım deyil, biz öz problemlərimizi özümüz kənardan müdaxilə olmadan həll edə bilərik” - Fuad Ələsgərov vurğulayıb.

Prezident Administrasiyasının şöbə müdiri daha sonra İşçi Qrupunun iclasına buraxılmadığını deyən jurnalist Xədicə İsmayılın fəaliyyətini tənqid edib: “Qoy o, əvvəlcə aydınlaşdırsın ki, hüquq müdafiəçisidir, yoxsa jurnalistdir. Biz hamı ilə, hətta xarici kəşfiyyata işləyənlərlə də dialoq aparmağa hazırıq. Lakin əvvəlcədən bizim işçi qrupunun işinə kölgə salan, onun üzvlərini tənqid edənlərlə nə dialoq aparmaq olar?”

F.Ələsgərov xatırladıb ki, işçi qrupu prezident İlham Əliyevin və Avropa Şurasının baş katibi Turborn Yaqlandın təşəbbüsü ilə işini bərpa edir.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.