Vüsal Kazımzadə -"Alimenti qəsdən ödəməyən valideyn həbs oluna bilər"


Vüsal Kazımzadə -"Alimenti qəsdən ödəməyən valideyn həbs oluna bilər"

Font ölçüsü

alment.jpg

Sual: 2010-cu ildə ərimdən ayrılmışam, uşaqlar mənimlə yaşayır. Uşaqların atası bizə kömək emir, aliment də vermir. Bilmək istəyirəm, əgər o, məhkəmənin kəsdiyi alimenti də ödəməsə, mən nə etməliyəm?

Cavab: Aliment tələbi ilə bağlı əvvəllər Analitik.az-a olunan müracəitlərin cavabında qanunvericiliyin tələblərini, valideynlərin hüquq və vəzifələrini izah etmişdik. Görünür, bu sual vətəndaşlarımızı çox narahat edir. Odur ki, suala cavab olaraq bu məsələnin bir daha izah edilməsi üçün aşağıdakıları bildirmək istəyirik.
Əvvəla, aliment ödənilməsi valideynlərin vəzifəsidir. Ailə Məcəlləsinin 75-76-cı maddələrində uşaqların saxlanmasında iştirak etməyən, onlara maddi yardım etməyən valideyndən məhkəmə qaydasında tutulmalı olan alimentin miqdarı gösrərilir.
Əgər siz uşaqlarınıza aliment ödənilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını tələb edirsizsə, aidiyyatı İcra Şöbəsinə müraciət etməlisiniz. İcra Şöbəsinin icra məmurları alimentin ödənilməsinə dair məhkəmə qətnaməsinin məcburi icrasını borcludan tələb edə bilər, bunnula bağlı müvafiq tədbirlər görə bilərlər. Əgər uşaqların atası qətnamə ilə müəyyən edilmiş aliment məbləğini ödəməkdən qəsdən boyun qaçırarsa, icra məmurunun ixtiyarı vardır ki, borclunu inzibati qaydada cərimə etsin, bu hal yenə də davam edərsə, Azərbaycan Respublkası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tələbinə əsasən borclu barəsində cinayət işinin başlanması ilə bağlı məhkəməyə təqdimatla müraciət edə bilər. Bu halda alimenti ödəməyən atanın cinayət məsuliyyətinə cəlb olunması, həbs edilməsi də qanunda nəzərdə tutulub.
Eyni zamanda, nəzərinizə çatdırmaq istərdik ki, aliment məbləğini qəsdən ödəməyən valideynlər barəsində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64-cü maddəsinin tələbinə əsasən valideynlik hüquqlarından məhrum edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq mümkündür.
Xüsusilə nəzərə alınmalıdır ki, məhkəmə qətnaməsinə əsasən aliment ödəmədiyinə görə valideynlik hüququndan məhrum edilmiş valideynlər həmin alimenti ödəməkdən azad edilmirlər.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.