Zakir Qaralov Tərtər rayonunda vətəndaşları qəbul edir


Zakir Qaralov Tərtər rayonunda vətəndaşları qəbul edir

Font ölçüsü

zakir.jpg

Baş prokuror Zakir Qaralov Tərtərdə vətəndaşları qəbul edəcək.

 

Baş Prokurorluğun mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, oktyabrın 31-də saat 11:00-da Tərtər rayon prokurorluğunun inzibati binasında keçiriləcək qəbulda Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, İmişli, Füzuli və Laçın rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Tərtər şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.