Baş Nazirdən vacib qərar


Baş Nazirdən vacib qərar

Font ölçüsü

artur.jpg

Baş nazir Artur Rasizadə Azərbaycanda "Diridoğulmanın beynəlxalq meyarları"nın tətbiq edilməsi haqqında qərar verib.

 

Dosye.org lent.az-a istinadən xəbər verir ki, qərar Səhiyyə Nazirliyinin təklifi əsasında qəbul edilib.

Qərarda bildirilir:

1. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün səhiyyə müəssisələrində 2015-ci il yanvarın 1-dən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi "Diridoğulmanın beynəlxalq meyarları" tətbiq edilsin.
2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi bu qərardan irəli gələn məsələləri həll etsinlər.

Qeyd edək kki, bu məsələ Azərbaycan prezidenti tərəfindən təsdiqlənən “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.