Əliyev-Sərkisyan görüşünün detalları bəlli oldu


Əliyev-Sərkisyan görüşünün detalları bəlli oldu

Font ölçüsü

bir.jpg

Azərbaycan Prezidenti İham Əliyev və Ermənistan Prezidenti Serj Sərkisyan arasında keçirilən görüşün detalları məlum olub.

 

Axar.az "Rosbalt.ru"ya istinadən xəbər verir ki, tərəflər konfliktin həlli istiqamətində mümkün variantları müzakirə ediblər. İlham Əliyev və Serj Sərksiyan Dağlıq Qarabağ konfliktinin nizama salınması üçün böyük sülh razılaşmasına ehtiyac olduğu qənaətinə gəliblər.

Prezidentlərin təkbətək görüşündən sonra ATƏT-in Minsk Qrupunun iştirakı ilə prezidentlərin görüşü keçirilib.

Qeyd edək ki, bu gün əvvəlcə İlham Əliyev Yelisey sarayında Fransa Prezidenti Fransua Ollandla görüşmüşdü. Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, energetika sahəsində əlaqələrin genişləndirilməsi, hərbi, təhsil sahələri və metro tikintisi kimi məsələlər müzakirə edilib.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.