Nərimanov rayonunda bayram tədbiri keçirilib


Nərimanov rayonunda bayram tədbiri keçirilib

Font ölçüsü

ner.jpg

28 oktyabr 2014-cü il tarixində Nərimanov rayonunda yerləşən “Qardaşlıq məzarlığı” Əbədi Xatirə Kompleksində Ukraynanın faşist işğalçılarından azad olunmasının 70-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

 

Tədbirdə veteranlar, Ukraynanın Azərbaycan Respublikasındakı səfiri və səfirliyin əməkdaşları, diaspora üzvləri, Nərimanov Rayon İcra Hakimiyyətinin, Ukrayna icmasının və Nərimanov rayonu ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndirilib.
Böyük Vətən Müharibəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd olunmuşdur ki, bu gün Ukraynada, eləcədə və dünyanın bir sıra ölkələrində Ukraynanın alman faşist işğalçılarından azad olunmasının 70-ci ildönümü yüksək təntənə ilə qeyd olunur.
70 il öncə II dünya müharibəsində qazanılan qələbədə, o cümlədən Ukraynanın alman faşist işğalçılarından azad olunmasında dünyanın bir çox xalqlarının, millətlərinin payı, rolu, fəaliyyəti var. Ukraynanın azad olumasında Azərbaycanın da qəhrəman oğul və qızları fədakarcasına vuruşub, onların əksəriyyəti döyüşlərdə qəhrəmancasına həlak olub.
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov vurğulayıb ki, Böyük Vətən Müharibəsində 400 mindən çox azərbaycanlı cəbhədə göstərdikləri igidliyə görə döyüş orden və medalları ilə təltif olunublar. 123 nəfəri isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Ş.İbadov qeyd etmişdir ki, Azərbaycanlılar təkcə cəbhədə yox, eyni zamanda arxa cəbhədə də igidlik göstərərək döyüşən ordunun yanacaq, silah, ərzaq və paltarla təmin olunmasında böyük köməklik göstəriblər. Müharibə illərində bütün neft məhsullarının 70 %-i Bakıda istehsal olunmuş və fasiləsiz olaraq cəbhəyə çatdırılıb. Sovet Ordusunun bütün texnikası demək olar ki, Bakı nefti ilə işləyib.
Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Aleksandr Mişenko Azərbaycan dövlətinin rəhbərliyinin veteranlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib. Səfir, Azərbaycanın müharibə illərində verdiyi töhfələri böyük qəhrəmanlıq adlandırıb.
Yekunda tədbir iştirakçıları 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə önünə əklil qoyub və gül dəstələri düzüblər.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.