Şeyx Rusiyaya yola düşür


Şeyx Rusiyaya yola düşür

Font ölçüsü

adil.jpg

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 30-da Rusiya Federasiyasının Kabarda-Balkar Respublikasına səfərə yola düşür.

 

Modern.az xəbər verir ki, səfərdə məqsəd Nalçik şəhərində keçiriləcək “Ənənəvi dinlər: mötədilliyə və mehriban qonşuluğa çağırış” mövzusunda Beynəlxalq elmi konfransda iştirak etməkdir.

Kabarda-Balkar Respublikasının Ruhani İdarəsinin Qafqaz Müsəlmanları İdarəsinin himayəsi ilə keçirdiyi Konfransın işində dünya miqyasında tanınmış müsəlman din xadimləri, islam təhsil müəssisələrinin rektorları, nüfuzli ictimai xadimlər iştirak edəcəklər. QMİ sədri konfransda məruzə ilə çıxış edəcək.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.