Aramsız yağan yağışlar nəticəsində dəyən zərərin nəticələri aradan qaldırılıb


Aramsız yağan yağışlar nəticəsində dəyən zərərin nəticələri aradan qaldırılıb

Font ölçüsü

yaqi.jpg

Nərimanov rayonunun bəzi yerlərində, xüsusilə də uzun illər öncə qanunsuz tikilmiş xutor tipli ərazilərin yenidənqurma, abadlaşdırma və orda yaşayan sakinlərin yeni mənzillərlə təmin olunması prosesi davam etdirilir.

 

Bakı şəhərində son günlər yağan aramsız yağışlar səbəbindən həmin ərazilərdə qalmaqda olan qanunsuz tikilmiş yaşayış evlərin və digər obyektlərin zərər çəkdiyini nəzərə alaraq, təbii fəsadların ağır nəticələrinin aradan qaldırılması və sakinlərin üzləşdiyi problemlərin operativ həlli məqsədilə Nərimanov Rayon İcra Hakimiyyətinin nəzdində xüsusi komissiya təşkil olunmuşdur.
Komissiya tərəfindən xüsusi geyimlərlə, suçəkən maşın və nasoslarla təchiz olunmuş işçi briqadaları yaradılmışdır.
Hazırda, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları ilə əlaqəli şəkildə qeyd olunan ərazilərdə kanalizasiya xətlərinin olmaması və ya lazımi qaydada işləməməsi səbəbindən su basmış ərazilərdən suyun çəkilməsi istiqamətində müvafiq işlər aparılır.
Sakinlərdən bu və ya digər problemlərlə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinin qaynar xəttinə (1643) müraciət etmələri xahiş olunur.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.