Azərbaycan yəhudiləri Prezident İlham Əliyev ilə həmrəydirlər


Azərbaycan yəhudiləri Prezident İlham Əliyev ilə həmrəydirlər

Font ölçüsü

yer.jpg

Yəhudi Xəbərlər Agentliyi (YXA) “Azərbaycan Prezidentinin aydın mövqeyi” sərlövhəli məqalə dərc edib. Modern.az-ın məlumatına görə Azərbaycan Prezidenti İlham Əliyevin Gənclər Siyasət üzrə I Qlobal Forumun iştirakçıları qarşısında çıxışına həsr olunan məqalədə deyilir:

 

“Prezident İlham Əliyev özünün konseptual çıxışında aydın şəkildə bildirib ki, Azərbaycan öz prioritetlərini və məqsədlərini, o cümlədən millətlərarası və dinlərarası münasibətlərə dair prioritet və məqsədlərini aydın şəkildə müəyyən etmiş gənc, müstəqil, dinamik və müasir ölkədir”.
Azərbaycan Prezidenti çıxışında vurğulayıb: “Azərbaycanın ən böyük nailiyyətlərindən biri ondan ibarətdir ki, burada mədəni müxtəliflik, etnik və dini tolerantlıq mühiti hökm sürür. Azərbaycan çoxmillətli, çoxdinli ölkədir. Bütün vətəndaşlarımız sülh və əmin-amanlıq şəraitində yaşayırlar”.
Respublika yəhudiləri “Azərbaycan sanki sabitlik, inkişaf adasıdır və proqnozlaşdırılan ölkədir” deyən möhtərəm Prezidentimiz İlham Əliyevin sözləri ilə tam həmrəydirlər. Məqalədə qeyd edilir ki, proqnozlaşdırılan - hər bir etnosun, hər bir konfessiyanın nümayəndəsinin öz gələcəyinə əmin olduğu bir ölkədə yaşamaq çox vacibdir.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.