Avtoş polis rəisinin maşınını vurdu


Avtoş polis rəisinin maşınını vurdu

Font ölçüsü

Bakıda yol polisinin avtomobili mülkü avtomobillə toqquşub. Aznews.az-ın verdiyi xəbərə görə, dünən Binəqədi rayonu ərazisində 90-FT-492 dövlət nömrə nişanlı “Lada Priora” markalı avtomobil 10-YP-564 nömrə nişanlı YPX avtomobilinə çırpılıb. İlkin araşdırmalara görə, hadisə “Lada Priora”nın sahibinin avtoxuliqanlıq etməsi zamanı baş verib. “Lada Priora”nın sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün yol polisi əməkdaşları ona saxlamaq əmri veriblər. Lakin o, avtomobili saxlamayaraq, ərazidən uzaqlaşmağa başlayıb. Bundan sonra bir neçə yol polisi avtomobili onu dayandırmağa çalışıblar. Bu zaman da qəza baş verib. Məlumatda qeyd olunur ki, əzilən YPX avtomobilində Binəqədi Rayon Polis İdarəsinin Yol Polisi Bölməsinin rəisi olub. 

Sürücü saxlanılaraq, istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.82e783bbee6c30e7700e71715047096d

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.