Sabiq nazir idmançıların pulunu kəsib


Sabiq nazir idmançıların pulunu kəsib

Font ölçüsü

Son vaxtlar Cüdo Federasiyasında axsamaların olması, idmançıların yarışlarda əvvəlki nəticələri göstərməməsi qurum daxilində böyük narazılıqlar yaradıb. Hətta Cüdo Federasiyasının uğursuzluğu rəhbərliyin də qəzəbinə səbəb olub.

  1. az-ın xəbərinə görə, Cüdo Federasiyasında maaş etirazı başlayıb. Belə ki, idmançılar iki aydır ki, federasiyadan maaşlarını tələb etsələr də, ala bilmirlər. Maaşların verilməməsinin səbəbi tam olaraq açıqlanmayıb. Onlara yalnız “bu yaxınlarda veriləcək, bir az səbr edin” deyilib.

Əməkhaqlarını ala bilməyən idmançıların isə məşqlərə həvəssiz yanaşdığı qeyd olunur. Vəziyyətlə bağlı bəzi cüdoçular federasiyanın rəhbəri Fizuli Ələkbərovun özü ilə görüşmək istəyiblər. Ancaq bəzi səbəblər üzündən bu, baş tutmayıb.

Qeyd edək ki, Fizuli Ələkbərov iş adamı kimi tanınıb, nazir təyin olunduqdan sonra isə özünə məxsus “İmprotex Group” şirkətini həyat yoldaşı İradə Ələkbərovanın adına keçirmişdi. Ötən il oktyabrın 22-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsindən alınan F.Ələkbərov hazırda biznesinin başına keçib. Xatırladaq ki, geniş imkanlara malik “İmprotex Group”in biznes fəaliyyətinə bir sıra sahələr, o cümlədən bahalı yaxtaların satışı, turizm, ölkəyə sərnişin daşımada istifadə olunan avtobusların gətirilməsi də daxildir.jgjkgvhcm

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.