Şəkərli diabet xəstəsindən Oqtay Şirəliyevə şok müraciət


Şəkərli diabet xəstəsindən Oqtay Şirəliyevə şok müraciət

Font ölçüsü
Əliyullayeva Kifayət adlı bir şəkərli diabet xəstəsi Bakı Sağlamlıq Mərkəzində başına gələnlərlə bağlıModerator.az-a şikayət məktubu yazaraq problemi səhiyyə naziri cənab Oqtay Şirəliyevin diqqətinə çatdırmağımızı xahiş edib. Həmin materialı oxucuların diqqətinə təqdim edirik:
 
"Mən 18 oktyabr tarixindən 30 oktyabra kimi Bakı Sağlamlıq Mərkəzinin endokrinologiya şöbəsində müalicə olunmuşam. İnsulin tələbli şəkərli diabet xəstəsi olduğum üçün ildə iki dəfə müalicə olunmağa məcburam. 4 saylı xəstəxanaya müraciət etdiyim vaxtlar həmişə çarpayı ilə təmin olunurdum. 4 saylı xəstəxana BSM-nə köçdüyünə görə, indi orda müalicə olunuram. Burada guya xəstələri növbə ilə qəbul edirlər. Mən də qəbul şöbəsində növbəyə yazıldım. Növbəm yetişəndə göndərişlə ora yaxınlaşdım. Qəbul şöbəsindən dedilər ki, həkiminlə danış. Indi xəstəxanada hər həkimin öz çarpayısı var. Hər həkim öz xəstəsini öz növbəsinə yazır. Müalicə həkimim Lena Hacıyeva ilə danışdım. Nə qədər çalışdımsa, o, məni növbəyə yazmadı. Bəhanə etməyə başladı ki, əgər şöbə dördüncü mərtəbəyə köçürülsə, yəni çarpayıların sayı çoxalsa, onda səni növbəyə yazaram. Axırda məcbur olub qəbul şöbəsinin müdirinin yanına gəldim. Ona xəbərdarlıq etdim ki, yaxın müddətə məni xəstəxanaya qəbul etməsələr, Səhiyyə Nazirliyinə şikayətə gedəcəyəm. Sağ olsun, İkram həkim çalışıb bir neçə günün içində məni xəstəxanaya yerləşdirdi. Onu da qeyd eləyim ki, əgər həkimlər qəbula müdaxilə etməsələr İkram həkim növbəli qayda-qanunla hamını yola verər. Mən orda müalicə olduğum vaxt nə gördüm? Əgər bir həkimin öz xəstəsi yoxdursa, ona məxsus palataya başqa həkim xəstə yerləşdirə bilməz.
Əgər biz xəstələr qəbul şöbəsində növbəyə yazılır və xəstəxanaya qəbul ediliriksə, xəstəxanaya müraciət etməyən xəstələrin halına bu qədər yanırlar ki, “yer yoxdur” deyə-deyə az qala bizi borclu çıxarırlar. Hər halda mən xəstəyəm. İldə iki dəfə müalicə almadan yaşaya bilmirəm. İmkanım olsa, daha çox müalicə alaram. Bir məsələ də məni narahat eləyir: “Görəsən, bu həkimlərin təzə xəstə qəbul etməkdə maraqları nədir? Biz köhnə xəstələr onlara niyə sərf etmirik? Bütün dava-dərmanı öz pulumuzla alırıq. Hələ xəstəxanadakı başqa xərclərdən danışmıram. Çünki dərman aldığım aptekdə xərclədiyim pula çek verirlər. Xəstənadakı xərclər çeksizdir. Əlimdə çek olmadığından bu barədə danışmaq mənasızdır. Lakin hamı hər şeyi yaxşı bilir. 
    Axırıncı gün–yəni xəstəxanadan evə yazıldığımda palatamda əyləşib çıxarışımı gözləyirdim. Şöbə müdiri Nərgiz Əliyeva nə hoqqası vardısa, çıxarışlara qol çəkməyi gecikdirirdi. Gözləməyə məcbur oldum. İnsulin istifadəçisi olduğum üçün nahar vaxtı gələndə acdım. Çıxarışımı vermədikləri üçün mətbəxə getdim. Mənə də yemək gətirdilər. Heç qaşığı əlimə almamışdım ki, şöbə müdiri mətbəxə hücum çəkdi. 50-yə yaxın xəstənin içində üstümə qışqırdı ki, bəs sən evə yazılmısan, bu günə yemək payın yoxdur. Elə bil məni ildırım vurdu. Axı mənim çıxarışımı vaxtında versə idi saat 14-də mən orda nə işim vardı?
 
Qeyd: BSM-nə evdən gələn yeməklər buraxılmır. Xəstəxanada verilən yemək isə boz-bulanıq bir şey olur. Əlacsız qaldığımız üçün yeyirik.

 15115

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.