Yol polisi qəza törətdi - 9 yaralı


Yol polisi qəza törətdi - 9 yaralı

Font ölçüsü

Bakıda pol polisi əməkdaşlarının iştirakı ilə dəhşətli qəza baş verib. AzNews.az xəbər verir ki, hadisə ötən həftənin cümə günü, noyabr ayının 7-də səhərə yaxın Bakının mərkəzində, Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. 10 YP 442 dövlət nömrə nişanlı yol polisi maşını motosikleti qovarkən içi sərnişinlə dolu “Ford” avtomobilinə dəyib. Zərbənin təsirindən “Ford” səkiyə çırpılıb. Nəticədə sərnişinlərdən 7 nəfər yaralanıb. Dövlət yol polisinin əməkdaşlarının da xəsarət aldığı deyilir. Bütün yaralılar təcili olaraq xəstəxanaya aparılıb.

Hadisənin təfərrüatı barədə AzNews.az-ın əməkdaşının Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovdan informasiya almaq cəhdi baş tutmayıb. Vaqif Əsədov məzuniyyətdə oldunu deyərək heç bir açıqlama verməyib.

Qeyd edək ki, bu olaydan sonra hər iki polis əməkdaşı vəzifələrindən kənarlaşdırılıb.dcvxxhjklvcxhj

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.