Genefondumuza “tum zərbəsi”!


Genefondumuza “tum zərbəsi”!

Font ölçüsü

tum.jpg

Təhlükəli “Patron”, “Beloçka”, “Mister tum”, “Şirin tum”, “Mənim ailəm”, “Çiko”

“Xeberinfo.com”: Redaksiyamızın elektron ünvanına bir qrup ölkə vətəndaşının İqtisadiyyat və Sənaye naziri cənab Şahin Mustafayevə və Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri cənab Ramiz Həsənova ünvanladığı müraciətin surəti daxil olub. Müraciətdə müxtəlif adlı tumların-“Patron”, “Beloçka”, “Mister tum”, “Şirin tum”, “Mənim ailəm”, “Çiko”-törətdiyi fəsadlardan, çaşdırıcı reklamlarından bəhs olunur. Xüsusi ilə “Patron” adlı tumun azyaşlılara yaratdığı problem, yalançı uduş kampaniyaları müraciətdə yer alır. Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik.

Hörmətli Şahin müəllim,

Ölkəmizdə əsası ümimmilli lider Heydər Əliyev tərəfindən qoyulan və cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf digər sahələrdə olduğu kimi iqtisadiyyatda da uğurla davam etməkdədir. Dövlət başçısının sahibkarlığa və sahibkarlara diqqət və qayğısını isə xüsusi ilə qeyd etmək lazımdır. Bunun nəticəsidir ki, son illər yeni istehsal və kommersiya obyektlərinin açılışı artıq ənənə halını alıb. İşsizliyin aradan qaldırılmasında və iqtisadi inkişafda bu faktor çox vacib sayılır.
Hörmətli Şahin müəllim, təəssüf ki, bəzi işbazlar ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılmış bu şəraitdən sui-istifadı hallarına cəhd edirlər. Sağlam rəqabəti yaddan çıxarırlar. Şəxsi maraqları naminə nəinki məlum qanun və qaydaları saymazdan gəlirlər, hətta genefondumuza, gələcək nəsillərimizin sağlamalığına zərbə vurmaqdan da çəkinmirlər. Qida sektorunda özünə yer edən bəzi işbazların özbaşınalıqları son həddə çatıb. Bizi daha çox narahat edən belə işbazların müxtəlif markalarla-“Patron”, “Beloçka”, “Mister tum”, “Şirin tum”, “Mənim ailəm”, “Çiko”-qablaşdırdıqları tumların törətdiyi və törədə biləcəyi fəsadlardır. Bu məhsulların xəstəlik mənbəyi olduğunu bilməkdən ötrü mütəxəssis olmağa ehtiyac da yoxdur.
Məlum olduğu kimi bu məhsulları daha çox azyaşlılar alırlar. Biz dəfələrlə bu tumlardan zəhərlənmənin şahidi olmuşuq. Bu işbazlar uşaqları həvəsləndirməkdən ötrü bütün vasitələrdən istifadə edirlər. Müxtəlif adlarla guya uduş kampaniyası aparırlar. Bunun yalan olduğunu elementar hesablama ilə də bilmək olar. Bundan əlavə bəzi tum qablarında “kitayski”, kimyəvi tərkibi məlum olmayan “hədiyyələr”ə də rast gəlinir. Tumla birlikdə bu “ximkatlar”ın qablaşdırılması nə dərəcədə düzgündür.
“Patron” tumları ilə bağlı vəziyyət daha da dəhşətlidir. Bu paketlərin üstündəki şəkillər uşaqların psixologiyasına sarsıdıcı zərbə vurur. Azyaşlılarda ölüm saçan silahlara qarşı arzuolunmaz maraq yaradır... Elə bil ki, uşaqlar əllərinə tum yox, silah almış olurlar.
Daha bir biabırçılıq bu tumların reklamı ilə bağlıdır. Bütün günü televiziya və digər mətbuat orqanlarında heç bir standarta uyğun olmayan, başdan-ayağa yalan olan reklamlar yerləşdirirlər. Yalanları ilə ictimaiyyətı çaşdırmağa çalışırlar.
Kimlərsə pul-para sahibi olacaq deyə, bu millətin genefondu korlanır, gələcəyimiz zərbə altına düşür. Bu nə biabırçılıqdır, nə rəzalətdir. Hara baxır dövlətin aidiyyatı qurumlar? Niyə bu işbazlara bir “dur” deyən olmur? Niyə bizim bəzi məmurlar bunun hansı faciələrə yol açdığını bilmək istəmirlər?
Hörmətli Şahin müəllim, sizdən artıq dərəcədə xahiş edirik ki, qanunla müəyyən olunmuş səlahiyyət və imkanlarınızdan istifadə edərək bu özbaşınalıqlara, faciə vəd edən məhsulların bazarda satışına son qoyasınız. Beləliklə də genefondumuz böyük bir bəladan xilas olmuş olar.

Qabaqcadan minnətdarlığımızı bildiririk.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.