Lerikin icra başçısı kimə "kələk" gəlib?


Lerikin icra başçısı kimə "kələk" gəlib?

Font ölçüsü

lerik.jpg

"Lerik rayonunda icra başçısı Rövşən Bağırovla yerli iş adamları arasında ciddi narazılıqlar yaranıb”.

 

Bu haqda mediaya şikayət məktubu ünvanlayan bir qrup rayon sakini iddia edir. Onların sözlərinə görə, rayona dövlət büdcəsindən ayrılan pulları təyinatından yayındıran icra başçısı əvəzində yerli iş adamlarını sıxışdıraraq həmin işləri onların maliyyəsi ilə reallaşdırır. Amma artıq "bıçağın sümüyə dirəndiyini” yazan şikayətçilər yaxın günlərdə icra başçısının əməlləri ilə bağlı Prezident Adminstrasiyasına şikayət edəcəklərini bildirirlər.
Daxil olan məlumatda bildirilir ki, Prezident İlham Əliyevin 14 sentyabr 2013-cü il tarixli sərəncamı ilə tikintisinə 3 milyon manat vəsait ayrılan, 30 min nəfər əhalinin yaşadığı və 50 yaşayış məntəqəsini birləşdirən 36 km-lik Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisi dayandırılıb. Qeyd edək ki, həmin yolun tikintisi 2015-ci ildə sona çatdırılmalıydı, amma hansısa səbəbdən burada işlər düyünə düşüb. Artıq nəzərdə tutulan vaxtın tamam olmasına az qalsa da bu günə kimi həmin yolun yalnız 14 km-i asfaltlanıb ki, həmin asfalt örtüyünün də keyfiyyətsizliyi ilk baxışdan diqqəti cəlb edir.
Məlumatda bildirilir ki, yolun vaxtında təhvil verilməsi praktiki cəhətdən mümkünsüzdür. Bu isə həmin iş üçün ayrılmış vəsaitin qeyri şəffaf xərclənməsindən xəbər verir. Yaranmış vəziyyət yolun tikintisini həyata keçirən "Yoltikintinəqliyyatservis” MMC rəhbərliyini də çətin vəziyyətə salıb. Məlumatlı mənbə bildirilir ki, yola ayrılan 3 milyon vəsaitin 30 faizi Lerik rayon İcra hakimiyyətinin başçısı Rövşən Bağırova nəqd şəkildə çatdırılıb. "Yoltikintinəqliyyatservis” MMC rəhbərliyi bu vəziyyətdən şikayət etsə də, icra başçısı onlarla anlaşa bilib.
Növbəti yazımızda isə aşağıdakı suallara cavab tapmağa çalışacağıq:
- Lerik Rayon İcra Hakimiyyətində "kabinetlər arası müharibə”nin şok gizlinləri…
- İcra başçısının rayondan qovmaq istədiyi məmur kimdir və onlar niyə yola gedə bilmir?
- Rövşən Bağırov şadlıq evlərini və turizm obyektlərini necə diz çökdürdü.. (savash.org)
Mövzuya qayıdacağıq. Bizi izləyin…

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.