Əlövsət Talışxanlı İsa Qəmbəri ittiham etdi


Əlövsət Talışxanlı İsa Qəmbəri ittiham etdi

Font ölçüsü

isaz.jpg

“Məni təəccübləndirən sabiq başqan İsa Qəmbərin Mərkəzi Nəzarət-Təftiş Komissiyası ilə bağlı fikirləri oldu. Son 25 ildə öz məntiqi ilə digərlərindən kəskin fərqlənən İsa Qəmbər, Müsavatın ümumrespublika müşavirəsində çıxış edənlər arasında ən məntiqsizi idi. Ən acınaqlısı isə, onun düşdüyü indiki vəziyyətdir”.

ANS PRESS-in məlumatına görə, bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) və partiyanın sabiq üzvü Əlövsət Talışxanlı noyabrın 23-də keçirilən Müsavatın ümumrespublika müşavirəsində sabiq başqan İsa Qəmbərin fikirlərinə münasibət bildirərkən deyib.

Ə. Talışxanlı indiki MNTK-nı qeyri-legitim adlandırıb və İ. Qəmbəri tərəf olmaqda qınayıb: “Əvvəlki komissiyanı tərəf olmaqda ittiham edənlər isə unudurlar ki, həmin tərkibin ayrı-ayrı üzvləri Vurğun Əyyubun, Sülhəddin Əkbərin, Arif Hacılının tərəfdarları ola bilərdilər, lakin İsa Qəmbər o dövrdə partiyada tərəf olmadığına görə MNTK-nın qəbul etdiyi qərarlar kiminsə istəyi ilə həyata keçirilə bilməzdi. O, özü də bunu çox gözəl bilirdi. Əgər MNTK o zaman partiya başqanına və ya digər strukturların rəhbərlərinə qarşı olsaydı belə, bu, ancaq Müsavatdaxili demokratiyaya xidmət edərdi”.

Ə. Talışxanlı qeyri-legitim başqan saydığı Arif Hacılının partiyada azlığın - öz qrupunun lideri olduğunu söyləyib: "Bu səbəbdən də indiki MNTK-nın Arif Hacılının tərəfində olmasını əvvəlki MNTK-nın partiyanın rəhbər şəxslərinin tərəfində olması ilə eyniləşdirmək böyük qərəzdir”.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.