Ağdam rayonunun cəbhə xəttində yerləşən Əfətli kəndində 360 şagird yerlik yeni orta məktəb binası istifadəyə verilib


Ağdam rayonunun cəbhə xəttində yerləşən Əfətli kəndində 360 şagird yerlik yeni orta məktəb binası istifadəyə verilib

Font ölçüsü

raqub.jpg

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məktəbin kollektivini və kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən, dövlətimizin başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilə göstərdikləri diqqət və qayğıdan danışıb.

Rayon İcra Hakimiyyətinin başçısı öz çıxışında qeyd edib ki, bu il cəbhə xəttində yerləşən Əfətli ərazi nümayəndəliyində 3 yeni məktəbin tikilib istifadəyə verilməsi dövlətimizin təhsilə, cəbhə xəttində yerləşən kəndlərimizə olan qayğısının bariz nümunəsidir.
Digər çıxış edan natiqlər şagirdlərə onlar üçün yaradılan şərait müqabilində yaxşı oxumağı, elmə, biliyə daha dərindən yiyələnməyi tövsiyə ediblər.
Tədbirdə söz alan müəllim, şagird və kənd ictimaiyyətinin nümayəndələri göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olublar. Üçmərtəbəli məktəb binasında 18 sinif otağı, fənn kabinələri, 3 laboratoriya, 2 kompyuter otağı, kitabxana, idman və akt zalları yaradılıb, təhsil ocağı yeni inventar və avadanlıqla təchiz olunub.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.