Gəncədə Azərbaycan əsgər tamet döşüyür- ŞOK


Gəncədə Azərbaycan əsgər tamet döşüyür- ŞOK

Font ölçüsü

gence.jpg

Sosial şəbəkələrdə Gəncə şəhərində çəkilmiş bir video yayılıb. Doğrudur, həmin görüntülər bir neçə saniyədir, amma bu həmin videoda əsgərlərin Gəncənin abadlaşdırılmasında iştiraklarının sübutu olmaq üçün yetərlidir.

Bunu saytımıza göndərən mənbəmiz iddia edir ki, təkcə əsgərlər deyil, Gəncədə hansısa müəssisədə işləyən bütün şəhər sakinləri bu cür iməciliklərdə iştirak edirlər, özü də könüllü deyil, zorla...
Maraqlıdır ki, təkcə Gəncədə deyil, ölkənin bütün rayonlarında icra başçılarının idarə-müəssisələrdə çalışanlara küçə süpürtdürməsi adi hal alıb. Bu barədə mətbuatda dəfələrlə yazılsa və hətta parlamentdə dilə gəitirlsə də hikkələri yerə-göyə sığmyan icra başçılarının bu adətlərindən imtina etmək niyyətində olmadıqları ortada...
Amma əsgəri "zakon"a oturdub bu cür işlətmək olmaz. Hətta Ali Baş Komandan İlham Əliyevin əsgərlərin bu cür işlərdən kənarlaşdırılması üçün silahlı qüvvələrə xeyli sayda mülki işçiləri cəlb edilməsi barədə göstərişi də var. Amma görünən odur ki, qərara əməl edən yoxdur. Qeyd edək ki, həmin əsgərlərin şəhərin hansı küçəsində işlədikləri və onların hansı hərbi hissənin əsgərləri olduqları da bizə məlumdur. Amma bəlli səbəblərdən yazmırıq.(moderator.az)

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.