Vaqif Abdullayev hansı namizədin tərəfindədir?- Beyləqan sakinlərindən PREZİDENTƏ DƏSTƏK


Vaqif Abdullayev hansı namizədin tərəfindədir?- Beyləqan sakinlərindən PREZİDENTƏ DƏSTƏK

Font ölçüsü

pol.jpg

Beyləqan rayon icra başçısı Vaqfi Abdullayev haqda bir neçə gün əvvəl redaksiyamıza daxil olan şikayəti işıqlandırmışdıq.

Xatırladaq ki, bir qrup rayon sakini tərəfindən ünvanlanan şikayətdə icra başçısının çoxlu alkoqol qəbul etdiyi, tez-tez sərxoş olduğu deyilirdi. V.Abdullayevin rayonun, sakinlərin problemlərinə biganə yanaşdığı, gününün çox hissəsini yaxın rayonlardakı bahalı restoranlarda keçirdiyi də həmin yazıda əksini tapmışdı. Bildirilirdi ki, başçının laqeydliyi ucbatından seçkiöncəsi rayonda arzuolunmaz durum yaranıb.

Yenidən AFN-in redaksiyasına müraciət edən Beyləqan sakinləri bu dəfə başqa bir problemdən şikayətçidirlər. Onlar bildirirlər ki, V.Abdullayevin göstərişi ilə taxıl sahələri şumlanır: “Cücərıb çıxmış taxılı şumladıb yerinə pambıq əkdirirlər. Bu, daha çox büdcə təşkilatlarında çalışanların sahələrində edilir. Onları işdən çıxarılacağı ilə hədələyirlər deyə, qorxularından səslərini çıxara bilmirlər. Amma artıq proses kütləviləşib, camaat üsyana sürüklənir. Şumlanan taxıl sahələrinin komopensasiyası da ödənmir. Rayonda elə ərazilər var ki, pambıq əkininə yaramır, oralarda da məcburi pambıq əkdirilir. Heç bir mütəxəssis sözü, rəyi nəzərə alınmır. Pripiska xatirinə insanların çörəyi ilə oynayırlar. Bir neçə il əvvəl ölkə başçısı rayonda 500 hektara yaxın sahədə yaradılmış taxıl təsərrüfatında olub, prosesdən razı qaldığını bildirib. İndi belə çıxır ki, prezidentin dəstəklədiyi proses başçının “gözünə batır”. Seçkiqabağı Beyləqanda baş verənlər deməyə əsas verir ki, Vaqif Abdullayev birmənalı olaraq İlham Əliyevin əleyhidarıdır. Bizə maraqlıdır, Vaqif Abdullayev prezident seçkilərində namizəd olan şəxslərdən hansını dəstəkləyir? Yaxud bəlkə o müxalifəti dəstəkləyir və istəyir ki, Beyləqan camaatı seçkiyə gedib səs verməsin? Havayı əziyyət çəkir, biz prezidentimizə güvənirik. Bilirik ki, çox çəkməz Vaqif Abdullayev də cəzalandırılmış olan digər həmkarlarının aqibətini yaşayar”.

Yazı ilə bağlı qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.