Nazir Bakı Təhsil İdarəsini müavininə tapşırdı


Nazir Bakı Təhsil İdarəsini müavininə tapşırdı

Font ölçüsü

1413884836_mikki.jpg

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni rəhbər təyin olunub

Bu gün Azərbaycan Təhsil Nazirliyində nazirliyin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər işçilərinin iştirakı ilə iclas keçirilib.İclasda son bir ildə ümumi təhsil sahəsində görülən işlər, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə söz açan Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin idarə olunması, maddi-texniki və kadr təminatı, tədris prosesinin əlaqələndirilməsi işində əhəmiyyətli dəyişikliklərinin baş verdiyinə diqqət yetirərək, bu müsbət dinamikanın saxlanılması və islahatların davam etdirilməsinin vacibliyini qeyd edib.Bakı Şəhəri üzrə Təhsil İdarəsində idarəetmənin gücləndirilməsi və cari fəaliyyətinə Təhsil Nazirliyinin dəstəyinin daha da artırılması məqsədi ilə nazirin əmri ilə idarəyə birbaşa rəhbərliyin həyata keçirilməsi təhsil nazirinin müavini Ceyhun Bayramova həvalə olunub.Təhsil nazirinin digər əmri ilə akademik Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.