Deputat Sahibə Qafarova Bilik Fonduna getdi


Deputat Sahibə Qafarova Bilik Fonduna getdi

Font ölçüsü

fond.jpg

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova Fondun əməkdaşları ilə görüşüb. Bilik Fondunun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə Şura üzvünə ətraflı məlumat verən icraçı direktor Oktay Səmədov gələcək planları da açıqlayıb.

Modern.az-ın məlumatına görə, professor S.Qafarova işə başladığı gündən Fondun fəaliyyətini yaxından izlədiyini, qısa müddətdə görülən işlərdən məmnun qaldığını dilə gətirib. O, xüsusilə Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsindən danışaraq deyib ki, bu layihə gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsində, onların dünyagörüşünün inkişafında və intellektual səviyyələrinin formalaşmasında mühüm rol oynayır. S.Qafarova ölkə ərazisində uğurla həyata keçirilən layihənin xarici dövlətlərdən olan məktəblərin iştirakı ilə davam etdirilməsini, Azərbaycan məktəblilərinin xarici yaşıdları ilə qardaşlaşdırılmasını təklif edib. Bilik Fondunun bu günlərdə “Azərbaycan elmi xaricdə” proqramı çərçivəsində Praqada keçirdiyi sərginin əhəmiyyətinə diqqət çəkən millət vəkili Azərbaycan elminin nailiyyətlərinin xaricdə təbliğinin vacibliyini vurğulayıb. Onun fikrincə, bu səbəbdən Fondun xarici əlaqələrinin coğrafiyasını genişləndirmək zəruridir.

Əməkdaşların suallarını cavablandıran S.Qafarova gələcək fəaliyyətində Bilik Fonduna Himayəçilik Şurasının üzvü, millət vəkili, həm də bir azərbaycanlı ziyalı kimi əlindən gələn köməyi əsirgəməyəcəyini deyib.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.