Goranboydakı direktorun intihari ilə bağlı daha bir şok iddia


Goranboydakı direktorun intihari ilə bağlı daha bir şok iddia

Font ölçüsü

1418728595 goranXəbər verildiyi kimi, bir müddət əvvəl Goranboy rayonunda intihar hadisəsi baş verib. JAM.AZ xəbər verir ki, rayonun Dəlməmmədli şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəbinin direktoru özünü güllələyib. 1945-ci il təvəllüdlü Məmişov Yolçu Məmiş oğlu borcu olduğu üçün özünə qəsd edib. 

Qeyd edək ki, intihar edən məktəb direktoru ölümündən əvvəl məktub yazıb. Onun yazdığı məktub isə polis tərəfindən araşdırılır. JAM.AZ-a daxil olan məlumatda deyilir ki, mərhum ölümündən əvvəl yazdığı məktubunda onu borca salanların 3 nəfər olduğunu qeyd edib. Rayondakı mənbələrdən daxil olan məlumata görə, Yolçu Məmişovun 69 min manat borcu olub və həmin pulların da rəsmi adamlar tərəfindən ondan istənildiyi deyilir. 

İddia olunur ki, bu pulun böyük bir qismini məktəb direktorundan Goranboy rayon Mədəniyyət və Turzim şöbəsinin müdiri Gündüz Hacıyev müxtəlif adlar altında alıb. JAM.AZ-a verilən bilgilərdə qeyd edilir ki, Gündüz Hacıyevin bu puldan 10 min manata qədərini rayonda su xəttinin çəkilməsi üçün lazım olduğunu deyərək, mərhum direktordan istəyib. 

O da iddia edilir ki, məktubda yazılmış digər iki nəfərin adı qəti şəkildə açıqlanmır. Daha doğrusu, mərhumun ailəsindən tələb olunub ki, bu barədə heç bir açıqlama verilməsin. 

Xatırladaq ki, bu Goranboyda intihar etmiş ilk dövlət işçisi deyil. Həmçinin bir neçə il bundan əvvəl rayonun baş həkimi də özünə qəsd etmişdi. Bununla bağlı da rayonun məsul işçiləri mərhumun ailəsi tərəfindən ittiham edilirdi. Bununla bağlı geniş araşdırmanı təqdim edəcəyik.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.