İcra başçısı yeyintilərlə bağlı kimləri güdazə verəcək?


İcra başçısı yeyintilərlə bağlı kimləri güdazə verəcək?

Font ölçüsü

kurd.jpg

Kürdəmir-Mollakənd-Carlı avtomobil yolunun çəkilməsi üçün ayrılan dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı aparılan istintaq davam edir.

İstintaqın gedişi zamanı korrupsiyada iştirakı olduğu şübhəli bilinən başqa şəxslərin də məsuliyyətə cəlb edilməsi istisna olunmur.Bildirək ki, musavat.com yol yeyintisində adı çəkilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müdiri Gülbala Əsədovun dekabrın 15-də ürək tutmasından, qəflətən dünyasını dəyişdiyi xəbərini yayıb. Ondan əvvəl isə rayon icra başçısının müavini Arzu Şahbazov vəzifəsindən azad edilib.
“Avtotransyol” MMC-nin sədri Əfqan Zeynalov və Kürdəmir İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Sarif Əsgərov isə həbsdədir.
Qeyd edək ki, bir müddət öncə Kürdəmir İcra Hakimiyyətinin vəzifəli şəxsi ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlamışdı. Araşdırma zamanı Kürdəmir-Mollakənd-Carlı avtomobil yolunun çəkilməsi üçün ayrılan dövlət vəsaitinin mənimsənildiyi aşkar olunmuşdu.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.