Mətanət-A şirkətinin prezidenti Elxan Bəşirov kimləri maliyyələşdirir?- ŞOK


Mətanət-A şirkətinin prezidenti Elxan Bəşirov kimləri maliyyələşdirir?- ŞOK

Font ölçüsü

elo.jpg

Dosye.org saytın elektron ünvanına Mətanət-A  şirkətinin prezidenti Elxan Bəşirov ətrafında baş verən hadisələrlə bağlı şok doğuracaq məlumatlar daxil oldu.

Xatırladaq ki, ötən yazılarımızda adı hallanan şirkət rəhbərinin bəzi xoşagəlməz iş birliyi və digər hadisələrin qisa xülasəsini hörmətli oxuculara təqdim etmişdik. Bundan sonra oxucularımızdan bir neçəsi dosye.org saytın elektron ünvanına E. Bəşirovla bağlı yeni məlumatlar ünvanlayıb:

"Zirvəyə Qalxan Yol" adlı kitabı ilə gündəmdə olan Mətanət-A şirkətinin prezidenti Elxan Bəşirov "Ey Böyük İnsan", " O, Bir Gün Dönər", "Səni Gözləyirik Ağsaqqalımız" şeirləri və bir neçə məqalə ilə Əlikram Hümbətova və separatist qüvvələrə sadiqliyini nümayiş etdirir. Belə ki,TalyshistanTV-nin məxfi sponsoru olan Elxan Bəşirov Gürcüstanda gizlənən və Lerikin Veri kəndində anadan olan, özünü Azər Talış kimi təqdim edən yaxın qohumu Azər Kazımzadəyə də maliyyə yardımı göstərir. Azər Kazımzadənin ailəsi bu gün də Elxanın himayəsindədir. Azər özü də Gürcüstanda Elxanın adamları vasitəsilə maliyyələşdirilir, oradakı şirkətlərindən maliyyə alıb Avropaya ötürür. Belə işlərə pul tapan Elxan Bəşirov işçilərinin pulunu isə aylarla gecikdirir, bəzən isə həbslə qorxudub ümumiyyətlə verməkdən imtina edir.

Məlumatın nə qədər real olub-olmadığı isə əlbətdə ki, DTX və DİN-nin araşdırmalarından sonra məlum olacaq. Lakin mənbələrin iddialarına görə, bir müddət öncə ləğv olunmuş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudova küllü miqdarda rüşvət verib başçı olmaq istəyən Mətanət-A  şirkətinin prezidenti Elxan Bəşirov fikrindən daşınıb. Bütün bunlar haqqında internet mediası kifayət qədər məlumatlar yayımladı. Araşdırmalarımız davam edir....

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Dosye.org

P.S. İndicə aldığımız dəqiq məlumatlara görə Mətanət-A  şirkətinin prezidenti Elxan Bəşirov, rəhbər olduğu şirkəti qardaşına yəni Fuad Bəşirova təhvil verir. Mənbənin sözlərinə görə, E. Bəşirov deputatlığa namizədliyini irəli sürəcək. 

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.